Vardanyan nə vaxta qədər Qarabağda YALLANACAQ? - HƏQİQƏTƏN DƏ...

Xəbər verdiyimiz kimi, Azərbaycan tərəfinin rəsmi icazəsi olmadan Qarabağdakı ərazilərimizə qanunsuz səfər etmiş erməni əsilli Rusiya milyarderi Ruben Vardanyan sentyabrən 1-də öz telegram-kanalında yayımladığı və Xocavənddəki 2 mindən çox yaşı olduğu deyilən nəhəng çinarın fonunda yayımladığı video-müraciətdə Rusiya vətəndaşlığından imtina edərək Qarabağdakı hayklara köməyə gəldiyini bildirib. O, Qarabağda, yəni Rusiya sülhməramlılarının nəzarəti altında olan Azərbaycan ərazilərində "Artsax təhlükəsizlik və inkişaf fondu"nu yaratdığını əlavə edərək bütün dünya haylarını “Artsax xalqı”na köməyə çağırıb.

"dogruxeber.tv" moderator.az-a istinadla xəbər verir ki, dünən - sentyabrın 5-də Ruben Vardanyan "Forbes-ə müsahibə verib.

Erməni iş adamı müsahibəsində Qarabağdakı "planları və vəzifələri haqqında" bəzi məqamları açıqlayıb.

"Elə bir vəziyyət yarana bilər ki, mən məcbur olub dövlət vəzifəsini qəbul etməyi düzgün hesab edim. Ermənistanda qanun dövlət qulluqçularının ikili vətəndaşlığı və xaricdə əmlak sahibi olmasını qadağan edir. Bundan əlavə, dövlət vəzifəsini tutmaq üçün ölkədə bir müddət yaşamalı və bu müddət ərzində başqa vətəndaşlığınız olmamalıdır"- deyə Vardanyan müsahibəsində bildirib.

"Qarabağda dövlət vəzifəsini tutmağı planlaşdırırsınızmı?" sualını isə R. Vardanyan belə cavablandırıb:

"Xeyr. Mən mənəvi baxımdan da daxil olmaqla, tam fəaliyyət azadlığına malik olmaq istəyirəm. Bütün hallarda Qarabağ hələ də tam hüquqlu müəyyən statusa malik olmayan bir ərazidir və bu münaqişə hekayəsində mən Rusiyanı təmsil etmək istəmirəm.

— Artsaxda əsas vəzifəniz kimi nələri görürsünüz?

-Qarabağda ölkənin və regionun təhlükəsizliyini gücləndirəcək güclü iqtisadiyyata və sosial institutlara malik uğurlu cəmiyyətin qurulması üçün şəraitin yaradılması. Və bu mənada mənim əsas funksiyam öz təcrübəmdən (həm idarəçilik, həm də maliyyə) və əlaqələrimdən, o cümlədən danışıqlar aparmağı bilən bir insan kimi imkanlarımdan istifadə etməkdir ki, son dərəcə çətin vəziyyət şəraitində dərin uzunmüddətli münaqişə nəticəsində minlərlə ildir ermənilərin Qarabağda yaşadığı torpaqlarını saxlaması üçün hər şeyi edim. Eyni zamanda, ksenofobiya və qarşılıqlı nifrətə deyil, bir-birinin yanında yaşamağı öyrənmək istəyinə arxalanaraq, qonşularla münasibətlər qurmağın çətin yoluna başlamağa çalışacam. Mən həmişə birləşməsi mümkün olmayan şeyləri birləşdirən insan olmuşam. Mən müharibədə iştirak etməmişəm, döyüşməmişəm, bu mənada mənimlə ünsiyyət Qarabağda müharibə keçmiş insanlarla ünsiyyətdən daha asan ola bilər"- deyə erməni milyarder bildirib.

Bu arada bəzi erməni mənbələri Ruben Vardanyanın arvadının yəhudi olduğunu da bildirib...

Qeyd edək ki, R. Vardanyan həm də "Troyka Dialoq" investisiya şirkətinin keçmiş sahibi olub. Moskvada yerləşən Skolkovo İdarəetmə Məktəbinin təsisçilərindən biridir. Yeri gəlmişkən, 2006-cı ildə bu qurumun açılış mərasimində V.Putin də iştirak edib. Qərbyönümlü Rusiya saytlarının yaydığı məlumatlara görə, bir sıra Rusiya və xarici iş adamlarının, o cümlədən guya Putinin də “çirkli” pullarının bir hissəsi məhz R.Vardanyanın “Troyka Dialoq” şirkətinin vasitəsi ilə yuyulur.

2011-ci ildən R.Vardanyan "Forbes" -ə görə Rusiyanın ən varlı adamları reytinqinə daxildir, 2020-ci ildə onun sərvəti 950 milyon ABŞ dolları dəyərində qiymətləndirilib.

Hələlik rəsmi Bakı Rusiya və Ermənistan vətəndaşı olan erməni milyarderin Azərbaycan ərazilərinə qanunsuz səfəri azmış kimi, oradakı təxribatçı planlarını da bəyan etməsinə heç bir münasibət bildirməyib...

Son xəbərlər

İnfarkt keçirənlərin 99 faizində bu problem olub — Araşdırma

İlham Əliyev fərman imzaladı

Baş nazirdən aqrar sektorla bağlı qərar

1 yaşlı uşaq qızdırmadan öldü

Sabahın havası necə olacaq?

“Qarabağ”ın rəqibi müəyyənləşir

Orban heç vaxt Macarıstanın baş naziri ola bilməyəcək

Azərbaycan Birləşmiş Krallıqla qarşılıqlı investisiyaların təşviqini müzakirə edib

Magistraturaya qəbul imtahanının yekun nəticələri AÇIQLANDI

Təhsilverənlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır

“Saxta məlumatlara qarşı rəqəmsal bacarıqların inkişafı” layihəsinə start verilir

Rusiyada deputat seçkilərinin vaxtı təyin olundu

"SYNERGY MEDICAL" MMC-nin 3.5 Milyonluq VERGİ BORCU ÜZƏ ÇIXDI

Rusiyanın itkiləri ARTIR

Avtobus zolağındakı mürəkkəb nişanlanma xətti bəzi sürücüləri çaşdırır – Cərimə

Əli Kərimli ilə bağlı qərar verildi

İrana qarşı blokadanın ləğv ediləcəyi tarix açıqlandı

Azərbaycanda pensiya ödənişlərinə yönəldilən vəsait 10 faiz artıb

Deputatlar cəmiyyəti ittiham edir, bəs güzgüyə baxan varmı?

Bu həftə rezidenturaya qəbul imtahanı keçiriləcək

ABŞ-da B-52 bombardmançı təyyarə qəzaya uğrayıb

Çingiz Mustafayevin şəhid olmasından 34 il ötür

Dünən gecə çox mühüm bir addım atıldı... - Ərdoğan

Tramp Hörmüz boğazında gəmiçiliyin pulsuz olacağını bildirib

Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr

Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir

Putinə görüş təklif edib

Bu maşınlara alıcı tapılmır

Azərbaycan Türkiyədən geyim idxalı xərcini 26 %-ə yaxın artırıb

Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib - SƏBƏB NƏDİR?

Bütün xəbərlər