ATƏT, Çexiya və İsrail səfirinin sərhəddə gərginlik haqqında şərhləri

Çexiya Azərbaycan-Ermənistan sərhədində baş verən və təəssüf ki, insan tələfatı ilə nəticələnən yeni döyüşlərdən narahatdır. Heç bir hərbi toqquşma Cənubi Qafqaza davamlı sülh gətirə bilməz. Bu barədə Çexiya Xarici İşlər Nazirliyi öz "Twitter" səhifəsində yazıb.

Çexiya danışıqların davam etdirilməsinin vacib olduğunu bildirib.

Öz növbəsində, Almaniya Xarici İşlər Nazirliyinin (XİN) Şərqi Avropa Mərkəzi Asiya və Qafqaz departamentinin direktoru Mathias Lütenberq "Ermənistan-Azərbaycan sərhədində hərbi əməliyyatlar barədə məlumatlardan dərin narahatlıq duyduqlarını" bildirib.

"Biz Aİ Şurasının Prezidenti Şarl Mişelin gərginliyin azaldılması ilə bağlı təklifini dəstəkləyirik", deyə o əlavə edib.

Bundan əlavə, ATƏT-in fəaliyyətdə olan sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau və ATƏT Baş katibi Mariya Helqa Şmid Ermənistan-Azərbaycan sərhədi boyunca baş vermiş silahlı qarşıdurmalarla əlaqədar tərəfləri təcili atəşkəsə çağırıb.

"Ermənistan-Azərbaycan sərhədində hərbi əməliyyatların eskalasiyası dərhal dayandırılmalıdır. Diplomatik yolla indiyə qədər əldə edilmiş tərəqqi boşa getməməlidir", deyə Rau bildirib.

O vurğulayıb ki, son 18 ay ərzində Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi istiqamətində işi davam etdirmək barədə razılıq da daxil olmaqla, müxtəlif irəliləyişlər olub. Lakin bu toqquşmalar əldə edilən tərəqqiyə təhlükə yaradır və saysız-hesabsız insan həyatını təhlükə altına qoyur.

Mariya Helq Şmid isə qeyd edib ki, ATƏT onilliklərin təcrübəsinə əsaslanaraq tərəflərə sülhün bərqərar olunması istiqamətində kömək etməyə hazırdır.

"Biz hamımız regionda davamlı sülh və firavanlığa nail olmaq kimi birgə məqsədi bölüşürük", deyə Şmid bildirib.

Son xəbərlər

Kəlbəcərdə 1989-cu il 14 iyul faciəsinin qurbanları anılıb

Bu ölkə İran təyyarələrinə qadağa qoydu

Ağdərədə ər və arvad FACİƏLİ ŞƏKİLDƏ öldülər

Milli Məclisin sessiyası yekunlaşdı - Deputatlar tətilə çıxdı

Qapıları bağlayırıq – Rusiya Avropada ən böyük müttəfiqini itirdi

"Şuşa Media Forumu informasiya diplomatiyasının böyük uğurudur”

172 nömrəli avtobusun hərəkəti dəyişir

AAY DÖVLƏT AGENTLİYİNİN ZAQATALA RAYON 14 NÖMRƏLİ YOL İDARƏSİNİN YENİ RƏHBƏRLİYİ İDARƏ MAŞINLARINI LOQOLARINI NİYƏ SÖKÜB?

Ukraynada müdafiə naziri də dəyişir

Süni intellekt artıq reallığa çevrilib.

40° isti, külək, yağış... -SABAH

Şamaxıda dəhşət: kürəkəni tərəfindən öldürüldü

“AzerGold”un təşkilatçılığı ilə Göygöl rayonunda səyyar tibbi müayinə aksiyası keçirilib

İyul ayının pensiyaları ödənildi

Əliyev bizim regionda gərginliyin azaldılmasına töhfə verib

Azərbaycanda bu şəxslər 1500 manatadək cərimələnəcək

Balıqçılıq məhsullarının yeni satış qaydası

Jurnalist vəsiqəsinə görə ödəniş ləğv edilir

Bacısına görə həmyerlisini öldürdü – 10 il HƏBS CƏZASI

Yarımfinalda nəhənglər meydana çıxır...

"Atom bombası hazırlamağın vaxtı çatıb" - İranlı parlamentari

Müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsi başlanır

“Rosko” kolbasaları hansı ətdən hazırlanır? –ŞOK detallar

İlham Əliyev Slovakiya Prezidenti ilə təkbətək görüşdü

Meksikada güclü zəlzələ

İran Hörmüzdə tankerlərə atəş açıb, ölən var

Azərbaycan neftinin qiyməti 3 dollardan çox artıb

21 yaşlı gənc ürəyindən bıçaqlandı

Bakının bəzi ərazilərində işıq olmayacaq

Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - 14.07.2026

Bütün xəbərlər