Naxçıvanda `XAN`ın ailə üzvləri də `SİLİSƏ ÇƏKİLİR`... - “DTX Vasif Talıbovun oğlu Seymur Talıbovu dindirib” İDDİASI

dogruxeber.tv: - Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsində araşdırmalara başladığı iddia edilir. Əməliyyat çərçivəsində saxlanılanların arasında Naxçıvan DGK-nin sədri Səhət Həbibbəyli və onun müavini Səbuhi Novruzovun da olduğu bildirilir. Bundan əlavə DTX-də aparılan cinayət işi üzrə Naxçıvan DGK-nin Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi Əsgərov Mənsur Turan oğlu barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

“Gündəlik Naxçıvan” DTX-nin yoxlamalar çərçivəsində Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun oğlu və köməkçisi Seymur Talıbovu da dindirməsi barədə məlumat yayıb.

Məlumata görə, yoxlamalar zamanı S. Talıbovun nəzarətində olan “Gəmiqaya” və “Cahan” holdinqlərin qaçaqmalçılıqla məşğul olduğunun üzə çıxdığı bildirilir. Bu barədə həmin şirkətlərdə çalışan əməkdaşlar məlumat verib. Onların dediklərinə görə, "Cahan Holdinq" aylar öncə bir neçə şirkətə bölünüb. Məlumata görə, DTX Türkiyə hökuməti ilə əməkdaşlıqdan sonra qaçaqmalçılıq faktlarını üzə çıxarıb:

“Öncə Türkiyədəki Dilucu gömrüyünə sorğu göndərib, son bir ildə Naxçıvana keçən malların siyahısını alıblar. Məlum olub ki, Türkiyədən keçən bu malların heç biri Naxçıvan tərəfdə qeydiyyata alınmayıb. Qeydiyyata alınmayan məhsulların əksəriyyəti “Cahan” və “Gəmiqaya”nın fabrik və zavodlarında istehsal olunan xammallardır. Məsələn, qapı-pəncərə zavodu üçün plastik xammal məmulatları. Söhbət yüz milyonlarla manatdan gedir. Bu mallara görə heç bir rüsum ödənməyib. Bu işdə Naxçıvan Gömrük Komitəsinin sədri və müavinin də əli var. Hər ikisi artıq saxlanılıb və talelərindən xəbər yoxdur. Deyilənə görə, Bakıya aparılıblar. Onların ifadələri əsasında Seymur Talıbovu da dindiriblər. Deyilənə görə, Bakıda onun qardaşı Rza Talıbov da dindirilib. Bu şirkətlər rəsmi olaraq Seymur və Rzaya məxsus olmasa da, hamı bilir ki, onların nəzarətindədir”.

Son xəbərlər

İnfarkt keçirənlərin 99 faizində bu problem olub — Araşdırma

İlham Əliyev fərman imzaladı

Baş nazirdən aqrar sektorla bağlı qərar

1 yaşlı uşaq qızdırmadan öldü

Sabahın havası necə olacaq?

“Qarabağ”ın rəqibi müəyyənləşir

Orban heç vaxt Macarıstanın baş naziri ola bilməyəcək

Azərbaycan Birləşmiş Krallıqla qarşılıqlı investisiyaların təşviqini müzakirə edib

Magistraturaya qəbul imtahanının yekun nəticələri AÇIQLANDI

Təhsilverənlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır

“Saxta məlumatlara qarşı rəqəmsal bacarıqların inkişafı” layihəsinə start verilir

Rusiyada deputat seçkilərinin vaxtı təyin olundu

"SYNERGY MEDICAL" MMC-nin 3.5 Milyonluq VERGİ BORCU ÜZƏ ÇIXDI

Rusiyanın itkiləri ARTIR

Avtobus zolağındakı mürəkkəb nişanlanma xətti bəzi sürücüləri çaşdırır – Cərimə

Əli Kərimli ilə bağlı qərar verildi

İrana qarşı blokadanın ləğv ediləcəyi tarix açıqlandı

Azərbaycanda pensiya ödənişlərinə yönəldilən vəsait 10 faiz artıb

Deputatlar cəmiyyəti ittiham edir, bəs güzgüyə baxan varmı?

Bu həftə rezidenturaya qəbul imtahanı keçiriləcək

ABŞ-da B-52 bombardmançı təyyarə qəzaya uğrayıb

Çingiz Mustafayevin şəhid olmasından 34 il ötür

Dünən gecə çox mühüm bir addım atıldı... - Ərdoğan

Tramp Hörmüz boğazında gəmiçiliyin pulsuz olacağını bildirib

Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr

Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir

Putinə görüş təklif edib

Bu maşınlara alıcı tapılmır

Azərbaycan Türkiyədən geyim idxalı xərcini 26 %-ə yaxın artırıb

Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib - SƏBƏB NƏDİR?

Bütün xəbərlər