Şuşa-Laçın yolundakı aksiya ilə bağlı xarici ölkə parlamentlərinə məktublar ünvanlanıb

Azərbaycan Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qrupları, o cümlədən Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi tərəfindən xarici ölkə parlamentlərindəki həmkarlarına Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin və ekologiya fəallarının həyata keçirdiyi etiraz aksiyası ilə bağlı məktublar ünvanlanıb.

"dogruxeber.tv" xəbər verir ki, bu haqda Milli Məclisin mətbuat xidməti məlumat yayıb.

Məktublarda Ermənistan tərəfindən Azərbaycanın Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərindəki təbii sərvətlərin qanunsuz şəkildə istismar edilərək, Laçın yolu vasitəsilə Ermənistana daşınmasına, Azərbaycanın aidiyyəti dövlət qurumları nümayəndələrinin faydalı qazıntı yataqlarının yerləşdiyi ərazilərə səfərinin əngəllənməsinə cavab olaraq, Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri və ekologiya fəallarının Şuşa-Laçın yolunda etiraz aksiyasına başladıqları bildirilib.

Ermənistan tərəfinin iddialarının tamamilə əsassız olduğu vurğulanaraq, Laçın yolundakı məhdudiyyətlərin azərbaycanlı etirazçılar tərəfindən deyil, Rusiya sülhməramlı kontingenti tərəfindən yaradıldığı, etiraz aksiyasının məqsədinin yolun bağlanması deyil, talan edilmiş təbii sərvətlərin qanunsuz daşınmasının qarşısının alınması olduğu, mülki təyinatlı nəqliyyat vasitələrinin hərəkətinə heç bir maneə törədilmədiyi qeyd edilib.

Məktublarda həmçinin Ermənistanın 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatı kobud şəkildə pozaraq, Laçın yolundan hərbi məqsədlər, minaların və talan olunan təbii sərvətlərin daşınması üçün istifadə etdiyi, bununla da Praqa və Soçi görüşlərində Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət edilməsi üzrə qəbul etdiyi öhdəliklərə zidd olaraq, qanunsuz fəaliyyətlərini davam etdirdiyi diqqətə çatdırılıb. Ermənistanın bu cür qanunsuz fəaliyyətləri ilə bağlı obyektiv məlumatlandırmanın zəruriliyi xüsusilə vurğulanıb.

Son xəbərlər

Xətai rayon İcra Hakimiyyəti dəyirmi masa keçirib

Moskva əlindən gələni etdi, Qərb imkan vermədi - Şoyqu

1 vəkil xaric olundu, 1-nə xəbərdarlıq edildi, 5-i isə cərimələndi

Ağcabədidə nöqsanlar aşkarlanan pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Qubada güclü leysan yolu uçurdu - 6 kəndlə əlaqə kəsildi

Ən zəif internet provayderləri açıqlandı

Lukaşenko Zelenskidən üzr istədi – Belarus başçısından sensasiyalı etiraflar

İşçilərin şirkətdə pay sahibi olması: Yeni qanun layihəsi müzakirəyə çıxarıldı

Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?

Göygöldə minlərlə manatlıq gül və ağac alınır

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə+Video

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

Bütün xəbərlər