Əcnəbilər üçün yeni rüsumlar, güzəştlər müəyyənləşir

Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə icazələrin verilməsinə və müddətinin uzadılmasına görə yeni rüsumlar müəyyənləşir.

"dogruxeber.tv" xəbər verir ki, bu, Prezident İlham Əliyevin 28 dekabr 2022-ci il tarixində təsdiqlədiyi “Dövlət rüsumu haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, Azərbaycan ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə 10 gün müddətində 1 il 6 ayadək iş icazəsinin verilməsi və müddətinin uzadılması üçün 1600 manat, 2 ilədək iş icazəsinin verilməsi və müddətinin uzadılması üçün 1800 manat dövlət rüsumu müəyyənləşib. Bu halda 15 gün müddətində 1 il 6 ayadək iş icazəsinin verilməsi və müddətinin uzadılması üçün 1400 manat, 2 ilədək iş icazəsinin verilməsi və müddətinin uzadılması üçün 1600 manat dövlət rüsumu alınacaq.

Qanuna görə, 20 gün müddətində 1 il 6 ayadək iş icazəsinin verilməsi və müddətinin uzadılması üçün 1200 manat, 2 ilədək iş icazəsinin verilməsi və müddətinin uzadılması üçün 1400 manat dövlət rüsumu müəyyənləşib.

Yuxarıda qeyd olunan müddətlər 2023-cü il yanvarın 1-dən 5 il müddətinə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin verilməsinə və müddətinin uzadılmasına görə 5 iş günü azaldılmaqla tətbiq ediləcək.

Miqrasiya Məcəlləsinə əlavə edilən yeni - 69.1-1-ci maddəyə əsasən isə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində əmək fəaliyyətinə cəlb edilən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə münasibətdə iş icazəsinin müddəti hər dəfə 2 ildən çox olmamaq şərtilə uzadıla bilər. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində əmək fəaliyyətinə cəlb edilənlər istisna ilə, qüvvədə olan qanunvericiliyə əsasən yenə də əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə ümumi əsaslarla iş icazəsi 1 il müddətinə verilə, onun müddətinin isə hər dəfə 1 ildən çox olmamaq şərtilə uzadıla bilər.

Miqrasiya Məcəlləsinin 51.5-ci maddəsinə görə, iş icazəsinin verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən əmək miqrasiyası kvotası çərçivəsində həyata keçirilir. Dəyişiklik bu qayda Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində əmək fəaliyyətinə cəlb edilən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə tətbiq ediləcək.

Dəyişikliklərin 5 il müddətinə - 2023-cü il yanvarın 1-dən 2028-ci il yanvarın 1-dək qüvvədə olması nəzərdə tutulur.

Son xəbərlər

İnfarkt keçirənlərin 99 faizində bu problem olub — Araşdırma

İlham Əliyev fərman imzaladı

Baş nazirdən aqrar sektorla bağlı qərar

1 yaşlı uşaq qızdırmadan öldü

Sabahın havası necə olacaq?

“Qarabağ”ın rəqibi müəyyənləşir

Orban heç vaxt Macarıstanın baş naziri ola bilməyəcək

Azərbaycan Birləşmiş Krallıqla qarşılıqlı investisiyaların təşviqini müzakirə edib

Magistraturaya qəbul imtahanının yekun nəticələri AÇIQLANDI

Təhsilverənlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır

“Saxta məlumatlara qarşı rəqəmsal bacarıqların inkişafı” layihəsinə start verilir

Rusiyada deputat seçkilərinin vaxtı təyin olundu

"SYNERGY MEDICAL" MMC-nin 3.5 Milyonluq VERGİ BORCU ÜZƏ ÇIXDI

Rusiyanın itkiləri ARTIR

Avtobus zolağındakı mürəkkəb nişanlanma xətti bəzi sürücüləri çaşdırır – Cərimə

Əli Kərimli ilə bağlı qərar verildi

İrana qarşı blokadanın ləğv ediləcəyi tarix açıqlandı

Azərbaycanda pensiya ödənişlərinə yönəldilən vəsait 10 faiz artıb

Deputatlar cəmiyyəti ittiham edir, bəs güzgüyə baxan varmı?

Bu həftə rezidenturaya qəbul imtahanı keçiriləcək

ABŞ-da B-52 bombardmançı təyyarə qəzaya uğrayıb

Çingiz Mustafayevin şəhid olmasından 34 il ötür

Dünən gecə çox mühüm bir addım atıldı... - Ərdoğan

Tramp Hörmüz boğazında gəmiçiliyin pulsuz olacağını bildirib

Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr

Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir

Putinə görüş təklif edib

Bu maşınlara alıcı tapılmır

Azərbaycan Türkiyədən geyim idxalı xərcini 26 %-ə yaxın artırıb

Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib - SƏBƏB NƏDİR?

Bütün xəbərlər