“Putin Kiyevi işğal etmək üçün 3-cü ordusunu yaradır…” — Məşhur politoloq qanlı proqnozunu verdi

“Putin yeni ordusunu formalaşdırdıqdan sonra Kiyevi işğal etməyə ikinci dəfə cəhd edəcək”.

"dogruxeber.tv" bildirir ki, bu sözləri haqqın.az saytına açıqlamasında məşhur rus-amerikalı politoloq, tarixçi və publisist Yuri Felştinski deyib.

Onun sözlərinə görə, Rusiya ordusunun Ukrayna cəbhəsində hazrkı vəziyyətini doğru qiymətləndirməmək düzgün olmazdı: “Diqqət edin, Ukrayna döyüş meydanında qələbə qazansa da rus ordusunu Donbass və Krımdan vurub çıxara bilmir. Ona görə ki, Rusiya HHQ-i Ukraynaya öz ərazisindən və Belarus hava məkanından hucum edir. Ukraynanın top və raket sistemi rəqibin mövqelərinə çata bilmir. Qərb müttəfiqləri Kiyevə silah verərkən rus və belarus ərazilərinə atəş açmamağı əsas şərt kimi qoyurlar. Ona görə də, Rusiya ordusu Ukrayanda obyektlərə zərbə vura və ələkeçməz qala bilir”.

“Bu şərtlər daxilində müharibə mövqe xaraketri daşıyacaq”-deyən politoloqun fikrincə, Putin hesab edir ki, vaxt Rusiyaya işləyir: “Hələlik Moskva havadan Ukraynanın infrastrukturunu dağıdır, özü isə canlı qüvvə və texnika itirir. Nə qədər canlı qüvvə və texnika itirəcəyi Kremlin vecinə deyil. Rusiyanın səfərbərlik resurları qeyri-məhduddur. Səfərbərlikdə müəyyən problemlər olsa da bu yeni hucum ordusunun qurulması planına təsir etmir. Bu yeni ordunu formalaşdırandan sonra Putin Kiyevə və Xarkova doğru hərəkət edəcək”.

ABŞ-ın verdiyi “Patriot” raketlərinə gəlincə, ekspert hesab edir ki, bu raketlər güclü müdafiə silahı olsa da onu İran dronlarına qarşı istifadəsi topla sərçələrə atəş açmaq kimidir: “Ola bilsin hərbi əməliyyatların hansısa vaxtinda “Patriotlar” gərək olacaq, amma Ukraynaya səmanı indi və bu saat bağlamaq çox vacibdir”.

Onun sözlərinə görə, Qərbin Ukraynaya Belarus və Rusiya ərazisinə zərbə endirməyə hüquq verəcək qərar qəbul etməsi müharibənin əsas sualıdır. Bu qərar olmadan digər bütün məsələlər havadan asılı qalacaq.

Ekspert deyib ki, Ukrayna ordusu əvvəlki kimi müdafiə silahları alır.

“Putin artıq bütün “qırmızı xətləri” keçib. Bircəsi qalıb- taktiki nüvə silahnı tətbiq etmək. Qərb siyasətçiləri hadisələrin bu gedişindən çox qorxurlar. Onlar yaxşı başa düşürlər ki, Rusiyanın nüvə silahı atması dünyanı əsaslı şəkildə dəyişdirəcək. Odur ki, Qərb var gücü ilə “nüvə ssenarisindən” qaçmağa çalışır”.

Ekspertin sözlərinə görə, ABŞ və Avropa İttifaqı anlayırlar ki, əgər Ukraynada Rusiyanın qarşısını ala bilməsələr Moldova, Baltikaynı ölkələr və digərləri qurbana çevriləcəklər. “Odur ki, Putinin Qərbin nüvə müharibəsi qorxusuna hesablanmış siyasəti özünü hələlik dorğuldur”.

“Hazırda Rusiya prezidenti özünün üçüncü hucum ordusunu formalaşdırır. İlk ordusunu 24 fevral 2022-ci ildə Ukryanaya müdaxilə ilə qoruya bilmədi. Həmin ordu Kiyev əməliyyatında darmadağın edildi. Səfərbərliklə yığılan ikinci ordu da 21 sentyabr 2022-ci ildə qaçıb dağılışdı. Hazırda Putin 3-cü ordunu formalaşdırır. Onu quran kimi yenidən Kiyev və Xarkova doğru irəliləyəcək. Putinin Ukrayna ilə kifayətlənəcəyi yaxud Baltik ölkələrinə doğru gedəcəyi sualı açıq qalır“-deyə ekspert vurğulayıb.

Felştinskinin sözlərinə görə, Rusiyanın kifayət qədər silahı var. “Rusiya ABŞ-dan sonra silah istehsalına görə dünyada ikinci yeri tutur”.

“Geniş mənada müharibənin Rusiya, Belarus və Ukrayna sərhədləri ilə məhdudlaşması Qərbi qane edir. Putinin isə bu vəziyyətdən istifadə etdiyi və gələcəkdə də edəcəyi şübhə doğrumur”-deyə politoloq bildirib.

“Putin Kiyevi işğal etmək üçün 3-cü ordusunu yaradır…” — Məşhur politoloq qanlı proqnozunu verdi

Son xəbərlər

Baş nazirdən aqrar sektorla bağlı qərar

1 yaşlı uşaq qızdırmadan öldü

Sabahın havası necə olacaq?

“Qarabağ”ın rəqibi müəyyənləşir

Orban heç vaxt Macarıstanın baş naziri ola bilməyəcək

Azərbaycan Birləşmiş Krallıqla qarşılıqlı investisiyaların təşviqini müzakirə edib

Magistraturaya qəbul imtahanının yekun nəticələri AÇIQLANDI

Təhsilverənlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır

“Saxta məlumatlara qarşı rəqəmsal bacarıqların inkişafı” layihəsinə start verilir

Rusiyada deputat seçkilərinin vaxtı təyin olundu

"SYNERGY MEDICAL" MMC-nin 3.5 Milyonluq VERGİ BORCU ÜZƏ ÇIXDI

Rusiyanın itkiləri ARTIR

Avtobus zolağındakı mürəkkəb nişanlanma xətti bəzi sürücüləri çaşdırır – Cərimə

Əli Kərimli ilə bağlı qərar verildi

İrana qarşı blokadanın ləğv ediləcəyi tarix açıqlandı

Azərbaycanda pensiya ödənişlərinə yönəldilən vəsait 10 faiz artıb

Deputatlar cəmiyyəti ittiham edir, bəs güzgüyə baxan varmı?

Bu həftə rezidenturaya qəbul imtahanı keçiriləcək

ABŞ-da B-52 bombardmançı təyyarə qəzaya uğrayıb

Çingiz Mustafayevin şəhid olmasından 34 il ötür

Dünən gecə çox mühüm bir addım atıldı... - Ərdoğan

Tramp Hörmüz boğazında gəmiçiliyin pulsuz olacağını bildirib

Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr

Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir

Putinə görüş təklif edib

Bu maşınlara alıcı tapılmır

Azərbaycan Türkiyədən geyim idxalı xərcini 26 %-ə yaxın artırıb

Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib - SƏBƏB NƏDİR?

Qarabağ yenidən həyata qovuşub

Kir Starmer: 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək

Bütün xəbərlər