Baş nazirin 1-ci müavini yola salınır — SƏBƏB

Azərbaycan Respublikası Baş nazirinin 1-ci müavini Yaqub Eyyubovun yaxın vaxtlarda vəzifəsindən kənarlaşdırılması gözlənilir.

Bu barədə "dogruxeber.tv"a məlumatlı mənbələrdən bildirilib.

Qeyd edilir ki, 77 yaşlı Eyyubov hazırda hökumətin "köhnə eşalon”undan qalan tək-tük yüksəkçinlilərdən biridir, üstəlik, o indiki vəzifəsində artıq 20 ildən çoxdur ki, çalışır. "Mövcud məmur eşelonunda belə vəzifəli şəxslər, demək olar, qalmayıb. Birinci vitse-premyerlə yaşıd olan yüksək post sahiblərinin çoxu artıq bir müddətdir ki, təqaüddədir” deyən mənbələrimiz Eyyubovun Azərbaycana səfər edən xarici dövlət və hökumət başçılarının hava limanında qarşılanmasından qeyri funksionallığının da gözə dəymədiyini vurğulayıblar.

Bundan başqa, onun Rusiyanın hakim siyasi çevrələri ilə isti münasibətləri də cəmiyyətdə müzakirə mövzusudur. O, hətta Rusiya rəhbərliyi tərəfindən "Dostluq” ordeninə layiq görülüb və həmin orden Kremldə şəxsən Vladimir Putin tərəfindən Eyyubova təqdim edilib. Lakin I vitse-premyeri Rusiya ilə bağlayan yalnız siyasi tellər deyil, belə ki, onun adıçəkilən ölkədə geniş biznesinin olduğu da məlumdur.

Yaqub Eyyubov həmçinin Avropada da biznes şəbəkəsinə malikdir. Hətta Baş nazirin I müavini şəxsi biznesini okeanın o tayınadək genişləndirə bilib. Belə ki, Eyyubovun Kanadada biznesinin mövcudluğuna dair də iddialar mövcuddur.

Bütün bu iddialar indiyədək ortaya atılan iddialar qarşı tərəfdən təsdiqlənməsə də, təkzib də edilməyib.

O da məlumdur ki, Eyyubovun ölkə xaricindəki biznesi isə onun oğullları tərəfindən idarə olunur.

I vitse-premyerlə bağlı ən ilginc məqamlardan biri də Azərbaycandakı şirkətlərinin xüsusilə hərbi sahədə özəl pay sahibi olması ilə bağlıdır. Məsələ burasındadır ki, Eyyubovu Silahlı Qüvvələrimizlə bağlı tədbirlərdə də görmək olar. Onun həmin tədbirlərdə iştirakı vəzifə səlahiyyəti ilə birbaşa bağlıdır. Lakin sözügedən səlahiyyət Baş nazirin I müavininə ordunun maddi-texniki və hərbi-texniki təchizatına yönəlmiş layihələrdə öz şirkətlərinin üstünlük qazanması üçün də yaxşı fürsət verib. Nəticədə bu şirkətlərin kifayət qədər böyük rəqəmlərlə ifadə olunan satınalmaları qazandığı deyilir.

Bir sözlə, Eyyubovun yalnız yaşı, eyni vəzifədə 20 ildən çox çalışması deyil, eyni zamanda, hökumətdə yüksək post tutmasına baxmayaraq kifayət qədər oliqarxlaşması onun yaxın vaxtlarda vəzifəsindən kənarlaşdırılacağına dair məlumatların reallaşma ehtimalını qüvvətləndirir.

Son xəbərlər

Xətai rayon İcra Hakimiyyəti dəyirmi masa keçirib

Moskva əlindən gələni etdi, Qərb imkan vermədi - Şoyqu

1 vəkil xaric olundu, 1-nə xəbərdarlıq edildi, 5-i isə cərimələndi

Ağcabədidə nöqsanlar aşkarlanan pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Qubada güclü leysan yolu uçurdu - 6 kəndlə əlaqə kəsildi

Ən zəif internet provayderləri açıqlandı

Lukaşenko Zelenskidən üzr istədi – Belarus başçısından sensasiyalı etiraflar

İşçilərin şirkətdə pay sahibi olması: Yeni qanun layihəsi müzakirəyə çıxarıldı

Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?

Göygöldə minlərlə manatlıq gül və ağac alınır

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə+Video

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

Bütün xəbərlər