Emin Əmrullayevdən  prezidentə  şikayət -  VƏTƏNDAŞ MƏKTUBU

Bir qrup müəllim və vətəndaşlar dərc edilməsi üçün "dogruxeber.tv"ın elektron poçt ünvanına şikayət məktubu gındərib.
Məktubda yer alan mövzunun əsas "qəhrəmanı" Elm və Təhsil naziri Emin Əmrullayevdir.
Hansı ki, nazirin "qəbulunda olan" müəllim və vətəndaşlar nazir barəsində ölkə başçısına mətbuat vasitəsilə şikayət edirlər.

Məktubda deyilir:
"Dövlət Başçımız İlham Əliyev Cənabları hər zaman məmurların xalqın xidmətçisi olduğunu qeyd edərək, məmurlara sadə, təvazükar, xalqın yanında olmağı, xalqın onlara göstərdiyi etimadı tam doğrultmağı  tövsiyyə edib. Eyni zamanda ölkə başçısı insanlara yuxarıdan aşağı baxan, düz işləməyən, əyri yolla gedənlər məmurlara qarşı sərt mübarizə aparılacağını və həmin məmurların cəzalanacağını vurğulamışdır.
Əfsuslar olsun ki, Azərbaycan Respublikasının Elm və Təhsil Naziri nəinki Cənab Prezidentin göstərdiyi yolla deyil, özünün doğru bildiyi yolla gedir.

Belə ki, bütün xəbər saytlarında nazir Emin Əmrullayevin 27 yanvar 2023-cü ildə Sumqayıt şəhərində Sumqayıt şəhəri və Abşeron, Xızı, Qubadlı, Zəngilan, Laçın rayonlarının sakinləri vətəndaşları qəbul edəcəyi xəbərlərinə inanaraq qəbula yazıldıq. Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində təşkil olunan qəbul vaxtı 9:00-dan 18:00 kimi olmasına baxmayaraq, əraziyə 11:00-da gələn nazir Emin Əmrullayev artıq saat 15:00-da ərazini
tərk edib bir daha geri dönmədi. Aralarında şəhid ailəsi, qazi, məcburi köçkün olan çox sayda vətəndaşlar qəbula yazılsalar da qəbul edilmədi. Qəbula düşənlərin çoxunu isə nazir Emin Əmrullayevin yerinə Elm və Təhsil Nazirliyinin nümayəndələri dinləyib.

Nazirin qəbuluna düşmək ümidi ilə uzaq bölgələrdən Sumqayıt şəhərinə üz tutanlar Heydər Əliyev Mərkəzinin özündə saatlarla gözlədikdən sonra kor peşiman evlərinə döndülər.

Dövlət məmuru hər zaman öz mövqeyi dövlətçiliyə sədaqəti, vətəndaşların problemlərini dinləmək bacarığı ilə seçilən insandır. Biz bunu Emin Əmrullayevdə görmədik. Bu qədər insanı qəbula yazıb sonravaxtından əvvəl məkanı tərk etmək, vətəndaşları saatlarla boşuna gözlətmək zənnimizcə insanların heysiyyatına toxunmaq, sadə vətəndaşları ələ salmaqdır.

Bütün bunlar azmış kimi bütün xəbər saytlarında “Elm və Təhsil Naziri Emin Əmrullayev Sumqayıtda vətəndaşları qəbul edib” başlıqlı sərlövhələr dərc etdirmək Dövlət Başçımızı və cəmiyyəti aldatmağa yönəlmiş bir addım hesab edirik. Emin Əmrullayev vətəndaş qəbulunun necə və hansı qaydada həyata keçirildiyini bilmirdisə ondan əvvəl Sumqayıt şəhərində vətəndaşları yüksək səviyyədə qəbul edib, problemlərini dinləyən Hörmətli Daxili İşlər Nazirimiz cənab Vilayət Eyvazovdan öyrənərdi.

Xahiş edirik bizim şikayətimizin Ali Baş Komandan İlham Əliyev Cənablarına və xalqımıza çatdırılması üçün saytınızda dərc olunmasını təmin edəsiniz.
Öncədən Sizlərə minnətdarıq.

Hörmətlə bir qrup vətəndaşlar adından
1.Bayramova Aytəkin
2.Bəylərova Türkanə
3.Babayeva Xalidə
4.Şabanov Kamil
5.Qəhrəmanova Mehriban
6.Bəylərov Rafiq
"

Qeyd edək ki, məktubda qeyd edilənlərlə bağlı Elm və Təhsil Nazirliyinin də mövqeyini dərc etməyə hazırıq.

dogruxeber.tv

Son xəbərlər

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bakı Limanında quru yük aşırılması artıb

Azərbaycanda zəlzələ oldu

Ötən il 2,6 mlrd. manat büdcə vəsaiti banklara yerləşdirilib

Masallıdan nazirə məktub: Əmriniz əleyhimizə çevrilib - BU NƏDİ BELƏ?

Azərbaycanda hər 6 nəfərdən biri məktəblidir - Yeni statistika

İlhamə Quliyevanın bacısı qızı ilk məhkəmədə həbs olundu - FOTO

Yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşir

Şuşada bu işləri görmək qadağan edilir

Prezident Putinə məktub göndərdi

Rusiyada boru kəmərində baş verən partlayışda üç nəfər ölüb

"WhatsApp" bu telefonlarda işləməyəcək - Tarix açıqlandı

Azərbaycanda yeni cərimələr müəyyənləşir - 50 min manatadək

Şuşada bu işləri görmək qadağan edilir

Əlilliyi olan 57 min şəxsə reabilitasiya xidmətləri göstərilib

İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alındı

Millət vəkili: Azərbaycanın xarici siyasəti qlobal miqyasda sülhü və qarşılıqlı anlaşmanı təşviq edir

Bu barədə yalan məlumat verənlər cərimələnəcək - Yenilənib

Dünya çempionatı açılışında dava düşdü

128 min manatlıq dələduzluq etsə də, məhkəmə zalından azadlığa buraxıldı

“Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verildi

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələri üçün ÇİRES-ə infotur təşkil olunub

Bu rayonlarda ehsan LƏĞV EDİLDİ

Bakıda yaşlı kişi dənizdə boğularaq öldü

İrəvan QARIŞDI - MSK binası mühasirəyə alınır

Onlar Azərbaycanın imicinə zərbə vurmağa çalışır...

26 yaşlı oğlan kafedə qətlə yetirilib

DYP-dən “Son zəng”lə bağlı müraciət

İlon Mask tarixdə ilk trilyonçu oldu

Rusiyada kütləvi PUA hücumu: 231 dron vuruldu

Bütün xəbərlər