gundem / Təhsil / Cəmiyyət
3.02.2023
Sumqayıtda bu məktəbdə istilik YOXDUR
Sumqayıtda məktəblərin birində istilik problemi yaranıb.
Bu barədə "dogruxeber.tv"a valideynlər məlumat verib. Bildirilib ki, artıq bir neçə gündür ki, şəhərin Hacı Zeynəlabdin Tağıyev Qəsəbəsində yerləşən 19 nömrəli məktəbdə istilik sistemi işləmir. Şagirdlər soyuq sinif otaqlarında dərs keçirlər.
Məsələ ilə bağlı Abşeron-Xızı regional təhsil idarəsinə sorğu göndərsək də, cavab ala bilmədik.



