gundem / dunya
1.03.2023, 15:45
ABŞ Ukraynada kimyəvi silahdan istifadə edə bilər
Rusiya-Ukrayna müharibəsi bir ili arxada qoyarkən Moskvadan diqqətçəkən bir iddia gəldi.
“dogruxeber.tv” "Sozcu.com.tr"a istinadən xəbər veririr ki, Rusiya Müdafiə Nazirliyin açıqlamasında deyilir ki, ABŞ-ın Rusiyadakı keçmiş səfiri Con Sallivanın “Rusiya əsgərləri kimyəvi silahdan istifadə etməyə hazırlaşır” kimi dediyi sözlərə toxunaraq ABŞ-ın Ukraynada zəhərli kimyavi maddələrlə təxribat törədəcəyi iddia edilir.
“Biz bu bəyanatları ABŞ və onun əməkdaşlarının zəhərli kimyəvi maddələrdən istifadə etməklə Ukraynada təxribat törətmək niyyətinin göstəricisi kimi görürük”, - Rusiya ordusunun kimyəvi və bioloji silahlar bölməsinin rəisi İqor Krilov bildirib. Krilov qeyd edib ki, belə bir halda günahkarlar müəyyən edilərək cəzalandırılacaq.
dogruxeber.tv
Anarə Muhəmməd



