“AzerGold” QSC-nin sədri Macarıstanın ölkəmizdəki fövqəladə və  səlahiyyətli səfiri ilə görüşüb

"dogruxeber.tv" xəbər verir ki, “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyətinin sədri Zakir İbrahimov martın 2-də Macarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Tamaş Yojef Tormanla görüşüb.

Səfirliyin Ticarət və iqtisadi məsələlər üzrə attaşesi, eləcə də Macarıstanın “Vibrocomp” şirkətinin nümayəndəsinin iştirak etdiyi görüşdə diplomatik
nümayəndəliyin iki ölkə arasında bir çox istiqamətlərdə mövcud əməkdaşlığın güclənməsində xidmətlərini xüsusi vurğulayan sədr Macarıstanın ölkəmizin vaxtı ilə işğal altında olmuş əraziləri ilə bağlı beynəlxalq hüquqa, tarixi ədalətə söykənən mövqeyini daim dəstəklədiyinə görə təşəkkür edib. Zakir İbrahimov iki ölkə arasındakı əlaqələrin dostluğa və qarşılıqlı hörmətə əsaslandığını qeyd edib.

“AzerGold” QSC-nin sədri Macarıstanın ölkəmizdəki fövqəladə və  səlahiyyətli səfiri ilə görüşüb

Azərbaycanın Macarıstan üçün vacib tərəfdaş olduğunu qeyd edən Tamaş Yojef Torma ölkəsinin enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın mühüm rol oynadığını bildirib. Diplomat ölkələrimiz arasında münasibətlərin zəngin tarixə malik olduğunu vurğulayıb, hazırda da iki ölkə arasındakı əlaqələrin yüksək səviyyədə olmasından məmnunluğunu ifadə edib. Səfir Macarıstanın Azərbaycanın işğaldan azad olunmuş ərazilərində quruculuq işlərinə də yaxın gələcəkdə töhfənin verilməsinə ümidvar olduğunu bildirərək, bunu dostluq münasibətinin növbəti təzahürü kimi qiymətləndirib.

Görüşün davamında Z. İbrahimov “AzerGold” QSC-nin fəaliyyət sahələri üzrə əldə etdiyi nailiyyətlər, Cəmiyyətin strateji planları və dağ-mədən sektorunda görülən işlər haqqında bəhs edib. Z.İbrahimov Macarıstan heyətinə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun əldə etdiyi zəfər nəticəsində azad edilmiş Kəlbəcər rayonunun mina və partlamamış hərbi sursatlardan təmizlənmiş ərazilərində Cəmiyyətin icra etdiyi geoloji axtarış işləri ilə bağlı məlumat verib. Həmin ərazidə daha sürətlə və daha geniş miqyasda fəaliyyətin aparılmasına məhz Ermənistan Respublikası tərəfindən işğal dönəmində basdırılmış minaların əngəl olduğu və bu günədək mina xəritələrinin tam olaraq təhvil verilmədiyi diqqətə çatdırılıb.

“AzerGold” QSC-nin sədri Macarıstanın ölkəmizdəki fövqəladə və  səlahiyyətli səfiri ilə görüşüb

Daha sonra Macarıstanın səs-küy, hava və vibrasiya ilə ətraf mühitin çirklənməsinin nəticələrinin yumşaldılmasının proqnozlaşdırılması, ölçülməsi,
modelləşdirilməsi və planlaşdırılması sahəsində innovativ və yüksək keyfiyyətli yanaşmalarla texnoloji həllər, texniki yardım və məsləhət xidmətləri təqdim edən “Vibrocomp” şirkəti haqqında məlumat verilib. Z.İbrahimov ətraf mühitin mühafizəsinin “AzerGold” QSC-nin əsas prioritetlərindən biri olduğunu qeyd edərək, hasilat sahələrində mövcud ekoloji monitorinq proqramına uyğun olaraq hava, su və torpaq nümunələrinin mütəmadi olaraq yoxlanıldığını toz, səs-küy və vibrasiya testlərinin aparıldığını diqqətə çatdırıb.
Cəmiyyətin qabaqcıl istehsal texnologiyaların transferi, elmtutumlu və innovativ yanaşmaların geniş tətbiqində maraqlı olduğu qeyd edən Z.İbrahimov şirkətin nümayəndələrini hasilat sahələri ilə tanışlığa dəvət edib. Sonda qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
İki ölkə arasında iqtisadi əməkdaşlığın qiymətləndirilməsi baxımdan görüşün olduqca faydalı olduğu diqqətə çatdırılıb.

Son xəbərlər

İrəvandan Azərbaycanla bağlı ŞOK etiraf

Ərdoğanın oğlu: İsrailə olar, Rusiyaya yox?

Bu xəstəxanaların qarşısında parklanma ləğv edildi - SİYAHI

Bu şəxslərin vərəsələrinə ödəniş veriləcək - Yeni QƏRAR

Azərbaycanın 92 yaşlı alimi 50 İLDƏN SONRA VƏZİFƏDƏN GETDİ

Şənbə günü Bakıda 30 dərəcə isti olacaq -PROQNOZ

“Sıfır Tullantı” həmrəylik marafonuna start verildi

49 nəfər səhrada susuzluqdan öldü

Bu türk ölkəsi Dubaya uçuşları bərpa etdi

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Qızıl almaq istəyənlər üçün ŞAD XƏBƏR - 1 qramı...

Kompüterlər üçün ilk ultra-sürətli yaddaş yaradıldı

BMT: Dünyada ərzaq ucuzlaşıb

Dövlət Xidməti Ağsuda vətəndaş qəbulu keçirdi

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Yay üçün arıqlamaq istəyənlər bu səhvə yol verməsinlər

Hicran Hüseynova dünyasını dəyişdi

“Liverpul” yeni baş məşqçisini açıqladı

İtaliyada dörd miqrant diri-diri yandırıldı

Məhv olmuş planetin ilk qəti sübutu tapıldı

Oğluna dördüncü dəfə Laçında toy etdi

ABŞ Haitidən gələn və 240 miqrantı daşıyan qayığı saxlayıb

Türkiyə terrorla mübarizədə Nigerə yardım edəcək

Putin İlham Əliyevə buna görə təşəkkür etdi

Yeni Delhidə oteldə yanğın olub – 21 nəfər ölüb, 17-si əcnəbidir

Tovuzun Cəlilli kəndi içməli su ilə təmin olunub

Əraqçi Xameneinin öldürüldüyü vaxt onun ofisində imiş - detalları açıqladı

Livanda ölənlərin sayı 3 526 nəfərə çatdı

Zelenski Putinə görüş və atəşkəs təklif edib

Bütün xəbərlər