"İş görmək adı ilə külli miqdarda vəsait götürüb"- Şikayətçi Anar Əsədlinin həbsindən danışdı

"Anar Əsədlidən şikayət edən iki şəxsdən biri mənəm. Şikayətimdə bildirmişdim ki, bizim əvvəllər yaxın münasibətlərimiz olmasına baxmayaraq, Anar Əsədli mənə qarşı dələduzluq hərəkətləri edib. Sonrakı dövrdə bilmişəm ki, yalnız mənə deyil, xeyli sayda adama qarşı da bu cür hərəkətlər edib".

"dogruxeber.tv" Pravda.az-a istinadən xəbər verir ki, bu barədə AzNews.az portalına eks prezident Əbülfəz Elçibəyin köməkçisi Oqtay Qasımov məlumat verib. O, deyib:

"Mənimlə bərabər digər bir şəxs- Zəngilan rayonunun keçmiş icra başçısı İlham Hüseyn də hüquq- mühafizə orqanlarına müraciət etmişdi. Oktyabr ayından başlanan istintaq bu günə qədər diqqətli şəkildə aparılıb. İstintaqın gedişi ilə bağlı mənə məlumat verilib. Mənim özümdən də izahatlar alınıb. Bu gün mən üzləşmə ilə bağlı idarəyə dəvət olunmuşam. Hesab edirəm ki, Daxili İşlər Nazirliyi məsələni kifayət qədər diqqətlə araşdırıb. Bundan sonra istintaq hərəkətlərinin davam edəcəyini düşünürəm. Təəssüflə qeyd edirəm ki, o, uzun müddətdən bəri məndən iş görmək adı ilə külli miqdarda vəsait götürüb, amma işə yatırmayıb, mənimsəyib. Vəsaiti qaytarmaqdan da imtina edib. Bizə başqa yol buraxmadığı üçün mən onu hüquq-mühafizə orqanlarına şikayət etmişəm. Bildiyim qədər, istintaqın gedişində də müəyyən əlavə nüanslar ortaya çıxıb. Qeyd etdiyim kimi, yalnız mənə deyil, başqa adamlara qarşı da belə hərəkətlər edib. Bu da istintaq zamanı diqqətlə araşdırıldığına görə, bu gün artıq o qərara gəlinib ki, Anar Əsədli saxlanılsın".

Xatırladaq ki, bu gün Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədli həbs edilib.

O, ayrı-ayrı şəxslərin külli miqdarda pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilir.

Anar Əsədliyə qarşı Cinayət Məcəllisinin 178-ci maddəsi ilə cinayət işi başlanılıb. Barəsində məhkəmə qərarı ilə 2 ay 23 gün müddətə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Qeyd edək ki, A.Əsədli ötən günlərdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılaraq dindirilmişdi.

Son xəbərlər

İlham Əliyev fərman imzaladı

Baş nazirdən aqrar sektorla bağlı qərar

1 yaşlı uşaq qızdırmadan öldü

Sabahın havası necə olacaq?

“Qarabağ”ın rəqibi müəyyənləşir

Orban heç vaxt Macarıstanın baş naziri ola bilməyəcək

Azərbaycan Birləşmiş Krallıqla qarşılıqlı investisiyaların təşviqini müzakirə edib

Magistraturaya qəbul imtahanının yekun nəticələri AÇIQLANDI

Təhsilverənlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır

“Saxta məlumatlara qarşı rəqəmsal bacarıqların inkişafı” layihəsinə start verilir

Rusiyada deputat seçkilərinin vaxtı təyin olundu

"SYNERGY MEDICAL" MMC-nin 3.5 Milyonluq VERGİ BORCU ÜZƏ ÇIXDI

Rusiyanın itkiləri ARTIR

Avtobus zolağındakı mürəkkəb nişanlanma xətti bəzi sürücüləri çaşdırır – Cərimə

Əli Kərimli ilə bağlı qərar verildi

İrana qarşı blokadanın ləğv ediləcəyi tarix açıqlandı

Azərbaycanda pensiya ödənişlərinə yönəldilən vəsait 10 faiz artıb

Deputatlar cəmiyyəti ittiham edir, bəs güzgüyə baxan varmı?

Bu həftə rezidenturaya qəbul imtahanı keçiriləcək

ABŞ-da B-52 bombardmançı təyyarə qəzaya uğrayıb

Çingiz Mustafayevin şəhid olmasından 34 il ötür

Dünən gecə çox mühüm bir addım atıldı... - Ərdoğan

Tramp Hörmüz boğazında gəmiçiliyin pulsuz olacağını bildirib

Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr

Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir

Putinə görüş təklif edib

Bu maşınlara alıcı tapılmır

Azərbaycan Türkiyədən geyim idxalı xərcini 26 %-ə yaxın artırıb

Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib - SƏBƏB NƏDİR?

Qarabağ yenidən həyata qovuşub

Bütün xəbərlər