gundem / siyaset / Təhsil / dunya
27.04.2023, 09:00
Ərdoğan infarkt keçirib? - RƏSMİ
"Dövlət başçımızın vəziyyəti çox yaxşıdır".
"dogruxeber.tv" xəbər verir ki, bunu Türkiyə prezidentinin köməkçisi Fuad Oqtay bildirib.
“Biz daimi təmasdayıq. Prezidentin yüngül soyuqlaması var”- Oqtay bildirib.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın administrasiyasının kommunikasiya şöbəsinin nəzdində yaradılan Dezinformasiya ilə Mübarizə Mərkəzi çərşənbə günü onun infarkt keçirməsi və xəstəxanaya yerləşdirilməsi versiyasını təkzib edib.



