Ətin bahalığı toyuq satışını artırıb: - Əhali seçim qarşısında qalıb

Azərbaycan Rusiyadan toyuq ətinin idxalını kəskin artırıb.

dogruxeber.tv: - Qeyd edək ki, bir müddət öncə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatlarına əsasən, İtaliyanın Toskana, Seneqalın Louqa, Çilinin Maule, Valparaiso, Bio-Bio regionlarında, Argentinanın Kordova, Santa-Fe əyalətlərində və Bolqarıstanın Veliko-Tarnovo vilayətində yüksək patogen quş qripi xəstəliyi qeydə alınmışdı ki, bu ölkələrdən quş əti idxalı ilə bağlı təhlükə yaradırdı.

Azərbaycana isə əsasən, Ukrayna, Braziliya, Belarus, Rusiya və Türkiyədən quş əti idxal edilir.

Hazırda ölkədə kifayət qədər quş əti istehsal edilməsinə baxmayaraq, başqa ölkələrdən idxalın artması, hətta onların qiymətlərinin də daha ucuzluğu maraq doğurur.

Hazırda Rusiyadan idxalın artması yerli istehsalın azalması, yoxsa “işbaz”ların fəaliyyəti ilə bağlıdır?

DİA.AZ-ın məlumatına görə, Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Mürvət Həsənli Cebhe.info-ya bildirdi ki, ölkəyə Rusiya, Belarus və digər ölkələrdən toyuq idxalı artıb:

“Həm mal-qoyun ətinin qiymətinin qalxması və quş ətinin ucuz olması insanların daha çox toyuq əti istehlakına şərait yaradıb. Bundan başqa həm də daha sağlıqlı olduğu üçün əhalinin qırmızı ət istehlakına marağı azalıb. Hazırda toyuq əti istehsalında heç bir problem yoxdur, sadəcə istehlak artıb.

Ümumiyyətlə, biz bu gün aylıq 15 min ton toyuq əti istehsal edə bilərik. Hazırda 765 fermadan çox işlək fermamız var. Ona uyğun kəsimxanalarımız var.

Aylıq 15 min ton ət o deməkdir ki, biz illik 180 min ton istehsal edə bilərik. Hazırda illik cücə istehsalında, inkubator sexlərinin olması 280 min ton cücə istehsalına imkan verir. Yəni bu sahədə heç bir problem yoxdur. Ölkənin toyuğa olan tələbatı 150-160 min tondur.

Ümumiyyətlə, istehsalda problem yoxdur. İstehlaka bağlı artım yaranıb ki, bu da yaxın 1- 2 ayda normaya düşəcək”.

Metro kənarlarında ucuz qiymətə satılan toyuqlara gəldikdə isə M.Həsənli deyir ki, onlar əsasən Belarusdan gətirilən yumurtadan kəsilmiş, ikinci növ toyuqlardır:

“Onun qarşısını bəzən alırlar, bəzən bizim işbazlar yenə də gətirirlər.

Ümumiyyətlə, həmin toyuqlar iki illik, 24 aylıq toyuqlardır. Bu toyuqları əsasən Afrika ölkələrinə göndərirdilər. Ancaq son vaxtlar bizim “işbazlar” da qiyməti ucuz olduğuna gətirib burada 3-ü 9-10 manata satırlar”.//dia.az

Oxunub: 283

Son xəbərlər

Avropa Trampdan mesaj alıb - Rutte

TƏBİB-in icraçı direktoruna yeni müşavirlər təyin olundu

Ermənistan Rusiyanın peyki idi – Makron

Sabah 23 dərəcə isti olacaq

Sabah iki rayonda qaz təchizatı dayandırılacaq

Ötən ay 34 aptekdə nöqsanlar aşkarlanıb

Azərbaycanın qonşuluğunda dövlət başçısı dəyişdi

Turalbəy Mehdiyevə 16 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib

NİİM sürücülərə müraciət edib

“Mançester Yunayted” “Liverpul”u məğlub etdi, “Tottenhem” vacib qələbə qazandı

Kallas sabah Bakıya gələcək

Zelenskinin səfəri: Qordonun sözləri rezonans doğurdu

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti “açıq qapı günü” tədbiri keçirdi

Vüqar Məmmədovun saxlandığı istintaq təcridxanası dəyişdiriləcək - MƏHKƏMƏ

Əhmədi görən olubmu? Maştağadan son məlumat

“AzerGold”un qızıl və gümüş məhsulları Beynəlxalq Xalça Festivalında nümayiş olunub

Prezident İlham Əliyev İrəvanda sammitdə çıxış edəcək

“Medicare Hospitalı” lisenziya yoxdursa, bu fəaliyyət nədir?”

Cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb.

Makron bununla bağlı İlham Əliyevə zəng edəcəyini dedi

Hörmüz boğazında Britaniya tankerinə ATƏŞ AÇILDI

Hökməli bələdiyyəsinin sədri Ramil Orucovun “MAKLERLİYİ” ifşa olundu: Torpaq satır,qanunsuz tikinti aparır?

İşdə xəsarət alan şəxs 6 gün sonra xəstəxanada öldü

FHN-i deputat Əlibala Məhərrəmzadənin qardaşının qanunsuz tikintilərini dayandırdı

Turistlər üçün riskli ölkələr: oğurluq halları daha çox harada qeydə alınır?

Cəmiyyətin inkişafında mühüm rol oynayan amillər: Elmi yanaşma və müasir çağırışlar

Bakıda tıxacların yaranmasına əsas səbəb nədir? – Problemin görünən və gizli tərəfləri

Lənkəranda çayxanada başlayan mübahisə qanla bitdi

Tramp İranın təklifini qəbul etmədi

Vidadi İsayevin baş memarı Şadlinskinin əməllərindən xəbəri olub?

Bütün xəbərlər