Xətainin icra başçısı nədirsə Ana Təbiətlə yollaşa bilmir... - FOTO

dogruxeber.tv: - Son vaxtlar Xətai rayonunda sözün əsl mənasında ekoloji terror həyata keçirilir. Yaşıllıqlar əvvəlcə hasara alınır, sonra isə bir gecənin içində məhv edilir. Bununla bağlı problemi son 1 ayda 2 dəfə işıqlandırmışıq. Amma hələ də acınacaqlı proses dayanmır.

Xətai rayonu Məhəmməd Hadi küçəsindəki “Yellow market”lə üzbəüz ərazi mart ayının sonlarında hasara alındı. Hasara alınan ərazidə xeyli sayda iri ağac var idi. Lakin, aparılan tikinti işləri zamanı həmin ağaclar məhv edildi. Bununla bağlı həm Xətai rayon İcra Hakimiyyəti, həm də Ekologiya və Təbii Sərvətlər Nazirliyi ağacların qırılma təhlükəsinin olmadığını demişdilər. Çox təəssüf ki, deyilənlər olmadı. Xeyli ağac məhv edildi.

Bu günlərdə rayon ərazisində yaşayan sakinlər yenidən redaksiyamıza müraciət ediblər. Rayon ərazisində məhv edilməkdə olan yaşıllıqların fotoları redaksiyamıza göndərilib.

Məsələ ilə bağlı Xətai rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra hakimiyyətindən Bizim.Media-ya bildirdi ki, tikinti sahələri üçün yeri Dövlət Şəhərsalma və Arxitektura Komitəsi müəyyən edir:

“Yaşıllıqlara isə Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzarət edir. Ona görə də biz bir çox məsələlərdə çarəsiz qalırıq. Yalnız müvafiq göstəriş olanda və yaxud qanunsuz tikinti işləri aparılanda müdaxilə edə bilirik. Çünki, tikinti aparan şəxslərin hamısının əlində sənədi olur. Belə vəziyyətdə isə biz heç nə edə bilmirik”.

Bizə ünvanlanan fotofaktları müvafiq olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göndərdik. Nazirlikdən bildirildi ki, faktlar araşdırıldıqdan sonra məlumat veriləcək.

Ona görə də mövzunu diqqətdə saxlayacağıq. //Bizim.Media//

Xətainin icra başçısı nədirsə Ana Təbiətlə yollaşa bilmir... - FOTO

Xətainin icra başçısı nədirsə Ana Təbiətlə yollaşa bilmir... - FOTO

Xətainin icra başçısı nədirsə Ana Təbiətlə yollaşa bilmir... - FOTO

Xətainin icra başçısı nədirsə Ana Təbiətlə yollaşa bilmir... - FOTO

Xətainin icra başçısı nədirsə Ana Təbiətlə yollaşa bilmir... - FOTO

Xətainin icra başçısı nədirsə Ana Təbiətlə yollaşa bilmir... - FOTO

Xətainin icra başçısı nədirsə Ana Təbiətlə yollaşa bilmir... - FOTO

Xətainin icra başçısı nədirsə Ana Təbiətlə yollaşa bilmir... - FOTO

Son xəbərlər

Azərbaycanda doğulanlar azalıb

Neftin bu günə olan qiyməti

Azərbaycanda qocalar evində yaşayanların sayı açıqlandı – Kimlər qəbul olunur?

Azərbaycanın 33 il əvvəl axtarışa verdiyi şəxs Almaniyada tutuldu

Prezident İlham Əliyev: Azərbaycan qlobal enerji səhnəsində mühüm iştirakçıya çevrilib

Rusiya od içində: Ukrayna PUA-ları Moskva Neft Emalı Zavoduna çatdı

Xətai rayon İcra Hakimiyyəti dəyirmi masa keçirib

Moskva əlindən gələni etdi, Qərb imkan vermədi - Şoyqu

1 vəkil xaric olundu, 1-nə xəbərdarlıq edildi, 5-i isə cərimələndi

Ağcabədidə nöqsanlar aşkarlanan pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Qubada güclü leysan yolu uçurdu - 6 kəndlə əlaqə kəsildi

Ən zəif internet provayderləri açıqlandı

Lukaşenko Zelenskidən üzr istədi – Belarus başçısından sensasiyalı etiraflar

İşçilərin şirkətdə pay sahibi olması: Yeni qanun layihəsi müzakirəyə çıxarıldı

Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?

Göygöldə minlərlə manatlıq gül və ağac alınır

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

Bütün xəbərlər