Dəmiryolunun HİCRANI BİTDİMİ?

Azərbaycan Dəmir Yolları QSC-nin sədr müavini Hicran Valehovun işdən çıxarıldığı iddia olunur.

"dogruxeber.tv" "Azərbaycan Reallığı"na istinadən xəbər verir ki, Bizim.Media-nın əldə etdiyi məlumata görə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Rüstəmovun əmri ilə Hicran Valehov vəzifəsindən kənarlaşdırılıb. Hətta Hicran Valehovun iş otağının boşaldıldığı da deyilir.

Sözügedən iddialarda onun hansı səbəbdən işdən uzaqlaşdırıldığı qeyd olunmayıb.

Xatırladaq ki, Prezidentin sərəncamı ilə Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilən Cavid Qurbanovun əvvəlki vəzifəsini - Azərbaycan Dəmir Yolları QSC sədrliyini bir müddət onun müavini Hicran Valehov icra edib. Hicran Qardaşxan oğlu Valehov 1968-ci ildə anadan olub, Azərbaycan İnşaat Mühəndisləri Universitetini bitirib, texniki elmlər namizədidir.

1985-2007-ci illərdə Kəlbəcər rayonu Sığorta Müfəttişliyi, “Azəravtoyol” Dövlət Şirkətinin 1 saylı Yol Təmir Tikinti İdarəsi, Yol Fondu İdarəsi, “Elm-İstehsalat Mərkəzi” və Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin “Yolnəqliyyatservis” Departamentində müxtəlif vəzifələrdə çalışıb.

2007-2015-ci illərdə “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini olub.

2016-cı ildən Prezidentin sərəncamı ilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini vəzifəsinə təyin edilib.

Cavid Qurbanovun yaxın adamı və həmyerlilərindən olan Hicran Valehovun adı bir neçə qalmaqallarda da çəkilib. Buna görə isə o, ictimaiyyətdə ”boz kardinal” ləqəbi ilə tanınıb.

2022-ci ilin mayında “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilən Cavid Qurbanovu 7 ay Hicran Valehov əvəzləyib. Həmin ilin dekabrında isə qurumun sədr vəzifəsinə Rövşən Rüstəmov təyinat alıb.

Onu da bildirək ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə yeni sədr təyinatından iki ay sonra qurumda kütləvi ixtisarlar başlayıb.

Yeni sədr ömrünü Azərbaycan Dəmir Yollarına həsr etmiş köhnə kadrları işdən çıxarmağa başlayıb.

Öncə Azərbaycan Dəmir Yolları” QSC-də Təsərrüfat Departamentinin sədr müavini kimi çalışan Mehman Əliyev, ardınca isə Təsərrüfat Departamentinin 35 nəfərinə müqavilə müddətinin bitməsi səbəbindən işlərinə xitam veriləcəyi ilə bağlı xəbərdarlıq edilib.

Sözügedən məlumatın həqiqətəuyğun olub-olmadığını öyrənmək üçün Azərbaycan Dəmir Yolları QSC ilə əlaqə yaratdıq. Qurumun mətbuat katibi məlumatı nə inkar, nə də təsdiq edib.

Son xəbərlər

40° isti, külək, yağış... -SABAH

Şamaxıda dəhşət: kürəkəni tərəfindən öldürüldü

“AzerGold”un təşkilatçılığı ilə Göygöl rayonunda səyyar tibbi müayinə aksiyası keçirilib

İyul ayının pensiyaları ödənildi

Əliyev bizim regionda gərginliyin azaldılmasına töhfə verib

Azərbaycanda bu şəxslər 1500 manatadək cərimələnəcək

Balıqçılıq məhsullarının yeni satış qaydası

Jurnalist vəsiqəsinə görə ödəniş ləğv edilir

Bacısına görə həmyerlisini öldürdü – 10 il HƏBS CƏZASI

Yarımfinalda nəhənglər meydana çıxır...

"Atom bombası hazırlamağın vaxtı çatıb" - İranlı parlamentari

Müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsi başlanır

“Rosko” kolbasaları hansı ətdən hazırlanır? –ŞOK detallar

İlham Əliyev Slovakiya Prezidenti ilə təkbətək görüşdü

Meksikada güclü zəlzələ

İran Hörmüzdə tankerlərə atəş açıb, ölən var

Azərbaycan neftinin qiyməti 3 dollardan çox artıb

21 yaşlı gənc ürəyindən bıçaqlandı

Bakının bəzi ərazilərində işıq olmayacaq

Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - 14.07.2026

Danışıqlara başlamağın vaxtıdır - Merz

“Turbo.az” və “Bina.az”la bağlı gözlənilməz qərar

Hava xəbərdarlığı: leysan olacaq, dolu düşəcək

Rusiyada Aİ-95 markalı benzinin qiyməti 24% artıb

ADY-nin NFC ödəniş sistemi sərnişinlərə problem yaradır - Narazılıq

Sabah son iclas olacaq, deputatlar tətilə çıxacaq

Dövlət şirkətində kütləvi ixtisar – 90-a yaxın işçi işini itirdi

3 gündür universitet kampusunda qalan tələbələr belə xilas edildi

Hikmət Hacıyev Şuşada "Tiktok" və "Linkedin"in məsul şəxsləri ilə uşaqların onlayn qorunması məsələlərini müzakirə edib

Layihələndirilən aqrar müəssisələr üçün YENİ ÖHDƏLİKLƏR müəyyənləşir

Bütün xəbərlər