Mirsalam Qənbərovun “ekoloji rəy bazarı” – Agentlik ölü quruma çevrilib…

Dövlət Ekoloji Ekspertiza Agentliyi Sağlam ağacların kütləvi şəkildə işbazlar tərəfindən kəsilərək yerlərində yaşayış binalarının və obyektlərin inşa edilməsinin qarşısını niyə ala bilmir?…

Son illər paytaxt Bakı və ölkənin digər böyük şəhərlərində ağacların, yaşıllıqların məhv edilərək yerində tikinti işləri aparılması adi hala çevrilib. Bu sahədə olan ən acınacaqlı vəziyyət isə paytaxt Bakıda yaşanan hallardır. Sağlam ağacların kütləvi şəkildə işbazlar tərəfindən kəsilərək yerlərində yaşayış binalarının və obyektlərin inşa edilməsinə təəssüflər olsun ki, Dövlət Ekoloji Ekspertiza Agentliyi də müdaxilə edə bilmir.

"dogruxeber.tv" AzFakt.com-a istinadən xəbər verir ki, 2020-ci ildə Prezident İlham Əliyevin fərmanı ilə yaradılan Dövlət Ekoloji Ekspertiza Agentliyinin əsas vəzifəsi təsərrüfat fəaliyyətinin və digər fəaliyyətlərin dövlət ekoloji ekspertizasından keçirilməsi də daxil olmaqla, ekoloji təhlükəsizliyin tələblərinə uyğunluğunu müəyyən edən, habelə bu sahədə müvafiq xidmətlər göstərən qurumdur.

Bakıda yaşananlara əsasən demək olar ki, hazırda Ekologiya və Təbii Sərvətlər nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Ekoloji Ekspertiza Agentliyi isə demək olar ki, vəzifəsinin öhdəsindən gələ bilmir, ya da bu fəaliyyətləri müəyyən hallarda həyata keçirmək istəmir.

Əldə etdiyimiz məlumata görə fərmanının mürəkkəbi qurumamış Dövlət Ekoloji Ekspertiza Agentliyinin “ölü qurum”a çevrilməsinin səbəbi Agentliyin İdarə Heyətinin sədri Mirsalam Qənbərovun təbiətə qənim kəsilən işbazlarla “əməkdaşlıq” etməsidir.

Mirslaam Qənbərov 2020-ci ildə Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilməmişdən öncə Agentliyin bazasında formalaşdığı Dövlət Ekspertiza İdarəsinin rəisi vəzifəsində çalışıb. Qənbərovun hələ o zamandan Bakının rayonlarının başçıları ilə “alış-verişi” olan, yaşıllıq əraziləri məhv edərək yerlərində binalar inşa edən MTK rəhbərləri ilə “bazarlıq” etdiyi deyilir.

Fəaliyyəti məmnunluq yaratmayan və buna görə də ləğv edilən Dövlət Ekspertiza İdarəsinin yerində yaradılan Dövlət Ekoloji Ekspertiza Agentliyinə Mirsalam Qənbərovun yenidən rəhbər təyin edilməsi ekologiya sahəsində olan vəziyyəti daha da qəlizləşdirdi və bu da bir daha Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyinin problemlərin həllinə necə yanaşdığını ortaya qoydu.

Agentliyin bu gün apardığı ekoloji ekspertizaların əksəriyyətinin saxtalaşdırıldığı, ərazi planlaşdırılmaları və digər ekoloji rəylərin satıldığı iddia edilir. Təbii ki, bunlar iddadır və bu iddiaların əlaqəli qurumlar tərəfindən yoxlanılması ümumilikdə ekologiya sahəsində olan, xüsusən də Bakıda ağacların kəsilməsi ilə bağlı problemlərin həllinə müsbət təsir edər.

Təsis edilməsindən 3 ildən artıq vaxt keçməsinə baxmayaraq, Agentliyin hələ də Bakı şəhərində mövcud problemlərin həlli ilə bağl hansısa ciddi proqnozuna və təkliflərinə rast gəlinmir.

Qeyd edək ki, Mirsalam Qənbərov 2020-ci il tarixdən Dövlət Ekoloji Ekspertiza Agentliyinin sədri vəzifəsinə təyin edilib.

Oxunub: 325

Son xəbərlər

Azərbaycanda bu kanalların rəhbərləri HƏBS EDİLDİ

Tbilisidə səyyar ASAN xidmət: Azərbaycan vətəndaşları üçün xidmətlər göstəriləcək

Gevorq Papoyan: "Azərbaycandan tədarük olmasaydı, Ermənistanda benzin daha baha olardı"

Pineviç: Ağdamda aqroşəhərcik layihəsinin həyata keçirilməsinə 2027-ci ildə başlanacaq

AMB "Baku Pay"ə icrası məcburi göstəriş verdi

Bakıda əməliyyat: “bank əməkdaşları” saxlanıldı

Bakı Metropoliteni hakaton layihəsinə start verir

İlham Haqverdiyev məhkəmə zalından azadlığa buraxıldı

Ermənistan da daxil, bütün qonşularımızla…

Sabirabadda Kür çayı məcrasından çıxdı

Azərbaycan mədəni irsin qorunması və innovasiyası üzrə beynəlxalq mükafata layiq görülüb

İrandan daha 19 kq narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb

İncəsənət məktəb və mərkəzlərində buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada keçiriləcək

SOCAR yeni istiqrazlarına görə növbəti dəfə faiz ödəyib

Hüseynov Rahim Mahir oğlu TƏBİB-in İcraçı direktorunun müavini təyin olunub

Azad edilmiş ərazilərdə indiyədək 32 kütləvi məzarlıq aşkar edilib

Azərbaycanda şənbə günü 26 dərəcə isti olacaq

İsrail Livandan atılan PUA-nı ələ keçirib

Lənkəranda sexdən Xəzərə tullantı suları axıdılıb, inzibati protokol tərtib olunub

Əməkhaqqında cinsə görə ayrı-seçkiliyin qarşısının alınması təklifi qəbul edilib

Kanal 21-in təsisçisi saxlanıldı

Bakıda faciə: 5 yaşlı uşaq qonaq getdiyi evin eyvanından yıxılıb öldü

Azərbaycanda bu qadağan EDİLDİ- MƏSULİYYƏT DAŞIYIRSINIZ!

Əli Əsədov Qərar İmzaladı

Müharibə nəticəsində İrana dəyən zərərin həcmi

Milli Məclisin iclası keçirilir, Avropa Parlamentinin qətnaməsi müzakirə olunacaq

"Bakı Marafonu 2026" ilə əlaqədar bəzi yollarda hərəkət tam məhdudlaşdırılacaq

Bakıda güclü külək əsəcək - Sarı xəbərdarlıq

Bakıda mühüm forum keçirilir

Neft ucuzlaşıb

Bütün xəbərlər