gundem / hadise / dunya
27.06.2023
İranın cənub-şərqində terrorçular sərhədçini öldürüb
Sistan və Bəlucistan əyalətində ölkənin cənub-şərq sərhədini keçməyə cəhd edən silahlı terrorçularla toqquşmada iranlı bir sərhədçi şəhid olub.
"dogruxeber.tv" tasnim-ə istinadən xəbər verir ki, sərhədçi ötən gün gecə saatlarında Saravan rayonunda baş verən qarşıdurmada şəhid olub.
Saravan sərhəd alayında xidmət edən qoşunlar sərhəd zastavasının yaxınlığında sərhədi keçmək istəyən bir qrup terrorçu ilə toqquşub.
Saravan Pakistanla ümumi sərhəddən cəmi 40 kilometr aralıda yerləşir.
dogruxeber.tv
Aynur Qasımova



