gundem / dunya
12.07.2023
Fövqəladə Hallar Nazirliyi: Bir sıra rayonlarda güclü istilər səbəbindən relslər əyilə bilər
Rusiyanın bir sıra regionlarında çox isti hava şəraiti dəmiryol relslərində relslərin deformasiyasına və transformator yarımstansiyalarının həddən artıq qızması səbəbindən elektrik enerjisinin kəsilməsinə səbəb ola bilər.
"dogruxeber.tv" ntv.ru-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə və Fövqəladə Hallar üzrə Ümumrusiya Elmi-Tədqiqat İnstitutu (VNII GOChS) məlumat yayıb.
Söhbət Ural Federal Dairəsinin cənubundan, eləcə də Başqırdıstan, Tomsk, Omsk, Novosibirsk, Orenburq və Həştərxan vilayətlərindən gedir. Bu bölgələrdə uzunmüddətli isti hava davam edir, havanın temperaturu uzunmüddətli orta göstəricidən 3-8 dərəcə yüksəkdir.
Rusiyanın FHN-yi bildirib ki, - "Bu regionlarda transformator yarımstansiyalarının həddən artıq qızması nəticəsində soyuducu qurğuların, kondisioner sistemlərinin, elektrik enerjisinin dayandırılması, həmçinin dəmir yolu xəttinin deformasiyası ilə bağlı insident və qəza riskləri mövcuddur".
dogruxeber.tv
Kamal Əsgərov



