gundem / siyaset
28.07.2023, 18:15
Sərdar Cəlaloğlunun və Sülhəddin Əkbərin partiyası da qeydə alınmadı
Azərbaycanda daha iki siyasi partiyanın təkrar qeydiyyatla bağlı müraciətinə imtina cavabı gəlib.
"dogruxeber.tv" modern.az-a istinadən xəbər verir ki, sözügedən partiyalar Azərbaycan Demokrat Partiyası və Azad Demokratlar Partiyasıdır.
Qeyd edək ki, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Azad Demokratlar Partiyasının sədri isə Sülhəddin Əkbərdir.



