gundem / dunya
26.08.2023
Medvedev ABŞ-da vətəndaş müharibəsi risklərinə işarə edib
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Medvedev: ABŞ-da Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ABŞ- da vətəndaş müharibəsi risklərinə işarə edib .
"dogruxeber.tv" vurğulayır ki, o, bu fikri TASS və RT-yə müsahibəsində bildirib .
Siyasətçinin fikrincə, ABŞ hazırda daxili ixtilafdadır və özü ilə ziddiyyət təşkil edir. - “Üstəlik, mənim fikrimcə, müəyyən mənada bu ixtilaf barışmazdır, bu cür ölkədaxili münaqişələr çox vaxt vətəndaş müharibəsi ilə başa çatır”, - deyə, o qeyd edib.
Medvedev hesab edir ki, “ABŞ çox spesifik dövlətə çevrilib” və orada elitalar arasında böyük ixtilaf var.
- "Mühafizəkar Respublikaçı siyasi isteblişment ilə Demokratlar Partiyasının apardığı liberal seqment arasındakı bu toqquşma Amerikanı həqiqətən parçaladı" - deyə bildirib.
Bundan əvvəl Alyaskanın keçmiş qubernatoru Sara Peylin Amerikanın eks-prezidenti Donald Trampın təqibi davam edərsə, ABŞ-da ikinci vətəndaş müharibəsinin başlaya biləcəyini bildirmişdi .
dogruxeber.tv
Kamal Əsgərov


