gundem / siyaset / Cəmiyyət
13.10.2023
"Müharibə yalnız bir şəkildə sona çata bilər" - Netanyahu
"Bu müharibə yalnız bir şəkildə sona çata bilər, o da HƏMAS-ın məhv edilməsidir".
"dogruxeber.tv" xarici KİV-ə istinadən xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib.
Netanyahu Əl-Əqsa tufanı başladığı 2023-cü il oktyabrın 7-nin yəhudi xalqının Holokostdan sonra yaşadığı ən pis gün olduğunu bildirib.
"HƏMAS İŞİD-dir. 11 sentyabr hadisələrindən sonra İŞİD və Əl-Qaidədən şoka düşən dünya HƏMAS-ı qınamalı və ona qarşı sanksiyalar tətbiq etməlidir" , - deyə o, vurğulayıb.



