Doktorsuz “Doktor Med” klinikası... -  VİDEO

dogruxeber.tv: - Son dövrlərdə ökəni bürüyən özəl kilinikalarla bağlı problemlər bitmək bilmir. Bu klinikaların bir çoxunun adı çox bahalı qiymətləri və riskli xidmətləri ilə tez-tez mediada hallanır. Belə ki, fasiləsiz reklam yolu ilə özlərini peşəkar və yüksək savadlı həkim kimi qələmə verən bəzi şəxslər bu klinikaların pərdəsi altında pasiyentlərin başına oyun açır, lakin heç bir məsuliyyətə cəlb olunmurlar. Belə klinikalardan biri də Bakıda fəaliyyət göstərən “Doktor Med İnternational” klinikasıdır.



Klinikanın fəaliyyəti haqda saytımıza məlumat verən mənbənin dedyinə görə, klinikada həkim adı ilə təqdim olunan şəxslərin çoxunun ali tibbi təhsili yoxdur. Onlar hardasa 1-2 aylıq kursun kağızını alaraq həkim kimi pasiyentlərə xidmət gösfərir, onların xeyli pulunu alır, amma müalicələri heç bir effekt vermir.

Məsələn, exo-kardioqramma işi məşğul olan şəxs heç bir ali və ya orta ixtisas tibb təhsili olmadan, yalnız bir neçə aylıq kurs keçməklə bu müraciət edən xəstələri müayinə edir, laborator analiz götürür və təyinat verir, halbuki bu işlərə səlahiyyəti yoxdur, klinikanın qəbul şöbəsində (reseption) işləyir.

Klinikada cərrahiyə şöbəsi olmadığı halda burada kiçik cərrahi əməliyyatlar da aparılır, həm də adi otaqlarda xüsusi cərrahi təchizat olmayan yerlərdə. Xüsusən də, əli, ayağı şişmiş, qanqrena olmuş və ya olmaq üzrə olan şəkər xəstələrinin üzərində yarma üsulu ilə əməliyyatlar aparılır.

USM müayinəsini də tibbi təhsili olmayan, sertifikasiyadan keçməyən şəxs aparır. Saç əkilməsi üzrə lisenziyası olmayan şəxs tərəfindən bu əməliyyatlar aparılır.

İş o yerə gəlib ki, xəstənin rentgen aparatından keçirilməsini klinikanın mühafizəçisi aparır. Heç bir tibbi təhsili və bu sahədən anlayışı olmayan bir şəxsin belə təhlükəli bir müayinə aparatını işlətməsi insanların həyatı üçün ciddi təhlükə yaradır.

Mənbəmizin məlumatına görə, klinikadakı tibbi cihazların çoxu köhnə və qeyri-standart aparatlardır və çox vaxt düzgün diaqnoz qoya bilmir, başqa klinikalarda təkrar diaqnostika zamanı fərqli nəticələr çıxır. Üstəlik də, diaqnostika, müayinə və müalicə qiymətləri çox yüksəkdir.

Klinikada müxtəlif sahələr üzrə işləyən həkimlərin çoxunun həmin sahədə ali tibbi təhsili yoxdur. Onların arasında kosmetologiya, exo-kardioqramma, fizioterapiya, USM müayinəsi və sair sahələrdə çalışan şəxslər var. Əksər həkimlər sertifikasiyadan keçməyib və faktiki olaraq qanunsuz şəkildə həkim fəaliyyəti göstərirlər.

Bu şəxslər özlərini sosial şəbəkələrdə reklam etməklə müştəri cəlb edir və onların pulunu alır, amma müalicələrinin heç bir xeyri olmur. Müştəri sözünü elə-belə yazmadıq, bəli pasiyentlərə məhz müştəri gözü ilə baxırlar.

Klinika rəhbərliyi bu tibbi təhsilsiz şəxsləri həkim kimi işə götürə bilmədiyindən müxtəlif rəhbər və texniki vəzifələrə təyin edərək faktiki həkim kimi işlədir.

Mənbəmiz əgər Səhiyyə Nazirliyi və digər aidiyyatı orqanlar tərəfindən yoxlama aparılsa, klinikada çox sayda qanunsuzluq üzə çıxacağını deyir.

Yeri gəlmişkən, klinikanın xidmətlərindən istifadə etmiş və aldadılmış vətəndaşlar şikayətlərinin işıqlandırılması və araşdırılması üçün bizə müraciət edə bilərlər.

Məsələ ilə bağlı əlavə məlumat toplamağa çalışırıq. Mövzunu davam etdirəcəyik.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.//Analoq.az

Oxunub: 694

Son xəbərlər

Almaniyanın diplomatları Xankəndi ilə tanış olublar

Aİ Myanmaya qarşı sanksiyaları bir il uzadıb

Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb

BTC ilə bu il nəql olunacaq “Kaşaqan” neftinin həcmi açıqlanıb

Azərbaycanda quş qripi və nyukasl xəstəliyinə yoluxma var? (RƏSMİ AÇIQLAMA)

Buraxılış imtahanında xarici dildən hansı tələblər olacaq?

Vüsalə Əlizadə Azəri qızı Günel ilə qohum oldu

Bu şəxslərin vergi tutulan aylıq gəliri 400 manat azaldılacaq

Bir sıra qanunların "Maliyyə icarəsi haqqında" qanuna uyğunlaşdırılması I oxunuşda qəbul olunub

Azərbaycanlı xanımla evlənmək üçün SÜNNƏT OLDU

Əmək müqaviləsinə xitam verilməsi qaydası dəyişir

Tramp İrana üç gün vaxt verdi: İran müharibəyə hazırlaşır

"Gernika" bu dəfə dünyanın diqqətini İlham Əliyevin Qafqazda sülh naminə yürütdüyü siyasətlə cəlb edir

İki avtomobilin arasında qalaraq öldü

İlham Əliyev Cənubi Afrika Prezidentini təbrik etdi

Əli-Səttar Quliyev işdən çıxdı - Nazirdən yeni təyinat

İlham Əliyevin Çexiyanın Baş naziri ilə təkbətək görüşü keçirilib

İmtahanların başlama saatı DƏYİŞDİRİLDİ

Amnistiya aktının icrası başa çatıb

Kür çayının aşağı axınına suyun buraxılması qərara alındı

Azərbaycan deflimpiyaçıları karate üzrə şotokan dünya çempionatında 7 medal qazanıblar

Bu maşınlara işıq və səs siqnallarından istifadə HÜQUQU VERİLİR

2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib

Misli Premyer Liqası: "Sabah" üçün asan, "Zirə" üçün çətin rəqib

Azərbaycan boks millisi Dünya Kubokunda komanda hesabında ikinci yeri tutub

Bu günə olan valyuta məzənnələri

Mərkəzi Bankın tenderi niyə ləğv olundu?

Avropanın bu yay ən populyar olacaq istiqamətləri açıqlandı - TOP-10

Tədqiqatçılar üçün laboratoriya avadanlıqlarının vahid rəqəmsal bazası yaradılıb

Ərdoğan və Tramp arasında telefon danışığı baş tutub

Bütün xəbərlər