“Daşkəsən Dəmir Filiz” MMC-nin Korporativ Sosial Məsuliyyət Komitəsi işə başlayıb

Daşkəsən rayonunda yerləşən, regionun ən nəhəng dəmir filizi yataqları kompleksinin idarəedilməsi məqsədilə fəaliyyət göstərən “Daşkəsən Dəmir Filiz”
Məhdud Məsuliyyəti Cəmiyyətinin (“DDF” MMC) nəzdində təsis edilmiş Korporativ Sosial Məsuliyyət (KSM) Komitəsi öz işinə başlayıb.

Belə ki, ilk öncə “DDF” MMC-nin baş direktoru Ceyhun Əliyev, MMC-nin baş direktor müavini, KSM Komitəsinin sədri İlqar Cəlilov, Daşkəsən Rayonu İcra
başçısının müavini Vüqar Əhmədov, eləcədə Daşkəsən Rayonu İcra Hakimiyyətinin (DRİH) aidiyyəti əməkdaşları və “DDF” MMC-nin KSM komitəsinin üzvlərinin
iştirakı ilə görüş keçirilib. Görüşdə Cəmiyyət tərəfindən icra edilən və planlaşdırılan hasilat və istehsalat fəaliyyəti ərzində sosial məsuliyyətin idarəedilməsi və sosial təsirlərin minimuma endirilməsi, ən əsası isə yerli əhali ilə əməkdaşlığın prioritet istiqamətlərdən biri olduğu vurğulanıb, bu istiqamətlərdə həm cari ilin sonunadək, həm də 2024-cü il üzrə fəaliyyət planları və təkliflər müzakirə edilib. Qeyd edilib ki, Cəmiyyətin fəaliyyətinin yaxın illərdə aktiv fazaya keçməsi ilə bağlı KSM Komitəsi tərəfindən icra ediləcək layihələrin miqyası, əhatə istiqamətlərinin genişləndiriləcəyi də planlaşdırılır.

"dogruxeber.tv" bildirir ki, “DDF” MMC-nin KSM Komitəsinin sədri sosial məsuliyyət siyasətindən, MMC-nin fəaliyyətinin bütün faza və istiqamətlərinin bu siyasətin tələblərinə uyğun şəkildə icra ediləcəyi haqda bəhs edib. Öz növbəsində, V.Əhmədov regionda sosial fəaliyyətin effektiv şəkildə idarəedilməsi istiqamətində iki qurum arasında əməkdaşlığın vacibliyini vurğulayaraq, bu fəaliyyətlərin nəticəsini bölgənin ümumi rifahına töhfə verə biləcəyinə inandığını qeyd edib.

Daha sonra, KSM Komitəsinin nümayəndələri “DDF” MMC-nin Daşkəsən rayonunda yerləşən inzibati binasında yerli əhali ilə görüşüb. Görüş zamanı KSM
Komitəsinin üzvləri tərəfindən yerli əhali, şəhid ailələrinin üzvləri və qaziləri maraqlandıran mövzulara toxunuldu, əhalini narahat edən suallar cavablandırıldı
və gələcək fəaliyyət və planlar qarşılıqlı müzakirə edilərək, əhali tərəfindən gələn təkliflər dinlənildi və qeydə alındı.

İlk görüşün nəticəsi olaraq, cari ilin sonunadək ötən illərin statistikası və cari ilin sorğuları nəzərə alınaraq “DDF” MMC-nin sahəsində olan tikililərin sökülməsindən əldə edilən yararlı tikinti materiallarının, eləcə də MMC-nin fəaliyyəti nəticəsində əmələ gələn qum, çınqıl, taxta materialları, dam örtük
materiallarının Daşkəsən rayonunda yaşayan aztəminatlı ailələrə, şəhid ailələrinə və qazilərə, o cümlədən müraciətlər əsasında rayon ərazisində aidiyyəti üzrə
abadlıq və təmir bərpa işlərinin görülməsi məqsədi ilə DRİH rəsmi məktubla müraciəti əsasında verilməsi qərara alındı.

Görüş çərçivəsində KSM fəaliyyətinin həm əhali, həm Cəmiyyətin üçün səmərəli şəkildə təşkili üçün komitə üzvlərinin Daşkəsən rayonunda vətəndaşlarla
görüşlərinin mütəmadi, aylıq əsaslarla keçiriləcəyi də qərara alınmışdır.

“Daşkəsən Dəmir Filiz” MMC-nin Korporativ Sosial Məsuliyyət Komitəsi işə başlayıb

“Daşkəsən Dəmir Filiz” MMC-nin Korporativ Sosial Məsuliyyət Komitəsi işə başlayıb

“Daşkəsən Dəmir Filiz” MMC-nin Korporativ Sosial Məsuliyyət Komitəsi işə başlayıb

“Daşkəsən Dəmir Filiz” MMC-nin Korporativ Sosial Məsuliyyət Komitəsi işə başlayıb

Son xəbərlər

Azərbaycanın 92 yaşlı alimi 50 İLDƏN SONRA VƏZİFƏDƏN GETDİ

Şənbə günü Bakıda 30 dərəcə isti olacaq -PROQNOZ

“Sıfır Tullantı” həmrəylik marafonuna start verildi

49 nəfər səhrada susuzluqdan öldü

Bu türk ölkəsi Dubaya uçuşları bərpa etdi

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Qızıl almaq istəyənlər üçün ŞAD XƏBƏR - 1 qramı...

Kompüterlər üçün ilk ultra-sürətli yaddaş yaradıldı

BMT: Dünyada ərzaq ucuzlaşıb

Dövlət Xidməti Ağsuda vətəndaş qəbulu keçirdi

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Yay üçün arıqlamaq istəyənlər bu səhvə yol verməsinlər

Hicran Hüseynova dünyasını dəyişdi

“Liverpul” yeni baş məşqçisini açıqladı

İtaliyada dörd miqrant diri-diri yandırıldı

Məhv olmuş planetin ilk qəti sübutu tapıldı

Oğluna dördüncü dəfə Laçında toy etdi

ABŞ Haitidən gələn və 240 miqrantı daşıyan qayığı saxlayıb

Türkiyə terrorla mübarizədə Nigerə yardım edəcək

Putin İlham Əliyevə buna görə təşəkkür etdi

Yeni Delhidə oteldə yanğın olub – 21 nəfər ölüb, 17-si əcnəbidir

Tovuzun Cəlilli kəndi içməli su ilə təmin olunub

Əraqçi Xameneinin öldürüldüyü vaxt onun ofisində imiş - detalları açıqladı

Livanda ölənlərin sayı 3 526 nəfərə çatdı

Zelenski Putinə görüş və atəşkəs təklif edib

Körpüdə uşaqları daşıyan avtobus SUV ilə toqquşub - Bu ölkədə

Kartla ödəniş edənlərin NƏZƏRİNƏ!

Mehriban Abasquliyeva sabiq məhkəmə sədrinin bacısı imiş

Rusiyadan Ermənistana səsverməyə gələnlər saxlanılır

Bütün xəbərlər