Dərman əvəzinə KİMYƏVİ TƏMİZLƏYİCİ? - İLGİNC FAKT

Daha çox təmziləyici vasitələr və kosmetika məhsullarının istehsalı və satışı ilə məşğul olan “Ersağ” şirkətinin əməkdaşları Bakıda dələduzluq edir.

"dogruxeber.tv" bildirir ki, bu barədə RePost.Az-a həmin şirkətin qurbanlarından biri – Kəlbəcər rayonundan olan məcburi köçkün Alpanahov Ayaz Yusif oğlu məlumat verib. Onun sözlərinə görə, şirkətin əməkdaşları xroniki bruselloz xəstəliyindən əziyyət çəkən 62 yaşlı atasına dərman adı ilə 326 manatlıq kosmetik vasitələr və hamam-tulet təmizləmək üçün istifadə olunan kimyəvi təmizləyici satıblar.

Belə ki, Alpanahov Yusf Mərkəzi Dəmiryol Xəstəxanasından Biləcəri qəsəbəsindəki mənzilinə qayıdarkən məhəllədə Gəray adlı qonşusu ilə qarşılaşır. Hal-əhvaldan sonra Gəray Yusf kişiyə Bakıda fəaliyyət göstərən Türk klinikasında tanıdığı məşhur uzman həkimlər olduğunu bildirərək qonşusunu özü ilə bəhs etdiyi “xəstəxana”ya aparır. “Xəstəxana”da onları özünü türkiyəli həkim kimi təqdim edən Zəhra adlı qadın qarşılayır. Yusf Alpanahovla qısa söhbətdən sonra heç bir müayinə aparılmadan 326.77 AZN-lik “dərman” satır. “Dərman” vasitələrinin arasında olan hamam və tulet təmizləyici ilə 62 yaşlı kişiyə hər axşam vanna qəbul etməyi tapşırır və onu əmin edir ki, bir həftəyə xəstəliyi keçib gedəcək.

Ayaz Alpanahovun sölərinə görə, atası evə qayıdanda “həkim”in tövsiyə etdiyi kimi “dərman”larını qəbul edir. Üstündən bir müddət keçdikdən sonra qəbul etdiyi “dərman”lar əks təsir göstərir və atasının vəziyyəti daha da pisləşir. Həkim müdaxiləsindən sonra xəstənin vəziyyəti nisbətən sabitləşir.

“Məşhur klinika”nın yazdığı “dərman”lara baxış zamanı məlum olur ki, onalara proteyn, kosmetik vasitələr və kimyəvi təmizləyicilər satlblar. Özünü həkim kimi təqdim edən Zəhra xanımın isə heç bir tibbi təhsili olmadığı, müraciət etdikləri müəssisənin isə sadəcə kosmetik vasitələr və kimyəvi təmizləyici vasitələrin istehsalı və satışı ilə məşğul olan “Ersağ” şirkəti olduğu məlum olub.

Ayaz Alpanahov deyir ki, dəfələrlə şirkətə müraciət etsə də, nə məhsullarını geri götürüblər, nə də pulu qaytarıblar.

Hadisə ilə bağlı Səhiyyə Nazirliyinin qaynar xəttinə və Daxili İşlər Nazirlyinə məlumat verilib, 19-cu Polis Bölməsində araşıdırama başlanılıb.

Sözügedən şirkətin Bakıdakı nümayəndəliyi ilə əlaqə saxlamağa çalışsaq da zənglərimiz cavabsız qaldı.

Son xəbərlər

İnfarkt keçirənlərin 99 faizində bu problem olub — Araşdırma

İlham Əliyev fərman imzaladı

Baş nazirdən aqrar sektorla bağlı qərar

1 yaşlı uşaq qızdırmadan öldü

Sabahın havası necə olacaq?

“Qarabağ”ın rəqibi müəyyənləşir

Orban heç vaxt Macarıstanın baş naziri ola bilməyəcək

Azərbaycan Birləşmiş Krallıqla qarşılıqlı investisiyaların təşviqini müzakirə edib

Magistraturaya qəbul imtahanının yekun nəticələri AÇIQLANDI

Təhsilverənlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır

“Saxta məlumatlara qarşı rəqəmsal bacarıqların inkişafı” layihəsinə start verilir

Rusiyada deputat seçkilərinin vaxtı təyin olundu

"SYNERGY MEDICAL" MMC-nin 3.5 Milyonluq VERGİ BORCU ÜZƏ ÇIXDI

Rusiyanın itkiləri ARTIR

Avtobus zolağındakı mürəkkəb nişanlanma xətti bəzi sürücüləri çaşdırır – Cərimə

Əli Kərimli ilə bağlı qərar verildi

İrana qarşı blokadanın ləğv ediləcəyi tarix açıqlandı

Azərbaycanda pensiya ödənişlərinə yönəldilən vəsait 10 faiz artıb

Deputatlar cəmiyyəti ittiham edir, bəs güzgüyə baxan varmı?

Bu həftə rezidenturaya qəbul imtahanı keçiriləcək

ABŞ-da B-52 bombardmançı təyyarə qəzaya uğrayıb

Çingiz Mustafayevin şəhid olmasından 34 il ötür

Dünən gecə çox mühüm bir addım atıldı... - Ərdoğan

Tramp Hörmüz boğazında gəmiçiliyin pulsuz olacağını bildirib

Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr

Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir

Putinə görüş təklif edib

Bu maşınlara alıcı tapılmır

Azərbaycan Türkiyədən geyim idxalı xərcini 26 %-ə yaxın artırıb

Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib - SƏBƏB NƏDİR?

Bütün xəbərlər