gundem / hadise / dunya
23.11.2023, 13:30
Türkiyədə mədən çökdü - Ölənlər var
Türkiyənin cənub-şərqindəki Siirt şəhərində mis mədənində baş verən çökmə nəticəsində 3 nəfər ölüb.
"dogruxeber.tv" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
“Siirtin Şirvan rayonunda mis mədənində baş verən çökmə nəticəsində 3 nəfər həlak olub. Hadisə yerində iş davam edir”, - KİV yazır.
Hadisə yerinə xilasetmə qrupları, yanğınsöndürmə briqadaları, jandarma və təcili tibbi yardım xidmətləri göndərilib.



