Bircə onu bilirik ki, ərazi zibilxanaya dönür, kimin nə tullantısı var, gətirib bura atır-VİDEO

dogruxeber.tv: - Binəqədi rayonu, "DSK yolu" adlanan ərazidə, "Karmen" un zavodunun yaxınlığında mənşəyi bilinməyən qazıntı işləri aparılır. Həmin qazıntı işləri ərazidən keçən iri su borularının arasında aparıldığından, sakinlər yol kimi boruların üzərindən istifadə edirlər. Su borularının arası indi böyük bir bataqlığı, zibilliyi xatırladır. Ancaq heç kəs burada nə iş görüldüyünü, hansı istiqamətdə tikinti aparıldığını bilmir. Burada iri qum təpəlikləri gözə dəyir. Yerli sakinlərə verilən son məlumata görə, burada istirahət parkı, yaşıllıq salınacaq. Ancaq bu vəd 2004-cü ildəndir səsləndirilir. Ortada isə nə park var, nə də yaşıllıq."Nə tikirlər, nə iş görürlər heç birimiz bilmirik, bircə onu bilirik ki, ərazi zibilxanaya dönür, kimin nə tullantısı var, gətirib bura atır. Adını park qoyub, bina, iri ticarət mərkəzi tikirlər. Bizə məlumat verən var ki..." - deyə, yaxınlıqda yaşayan sakin bildirib.
Sakinlərdən biri qeyd edib ki, icra başçısı burada istirahət parkının salınacağını bildirmişdi, ancaq ortada heç nə yoxdur: "Yarımçıq qazıntılar ərazini pis günə qoyub və tullantıları gətirib bu yol kənarına atırlar. Küləkli havalarda yerdən qalxan toz buludu, tullantı parçaları həm avtomobillərin gedişinə əngəl olur, həm də ərazidə yaşayanların sağlamlığına zərər verir" - sakin bildirib.

Bircə onu bilirik ki, ərazi zibilxanaya dönür, kimin nə tullantısı var, gətirib bura atır-VİDEO

Görüntülərlə əlaqədar Binəqədi rayon İcra Hakimiyyətindən Bizimyol.info-ya bildirilib ki, ərazidə heç bir təmir-tikinti işi görülmür: "Ərazidə heç bir tikinti işi getmir. Görüntülərdəki qum təpəlikləri isə əraziyə kənardan gətirilib ki, həmin yerlərdəki yamalar düzləşdirilsin, boşluqlar doldurularaq, səliqəyə salınsın. Ərazinin tullantılarla çirkləndirilməsi məsələsinə gəldikdə isə bildiririk ki, burada tullantıların atılması üçün xüsusi konteynerlər yerləşdirilib, sadəcə bəzi vətəndaşlar tullantılarını həmin konteynerlərə yox, yol kenarlarına, boş əraziyə atdıqlarından, belə bir görüntü yaranıb. Zibil konteynerləri vaxtında təmizlənir. Yaxşı olar ki, sakinlər tullantıları kənar ərazilərə yox, bunun üçün təyin olunmuş konteynerlərə atsınlar. Bir daha qeyd etmək istəyirik ki, ərazidə heç bir tikinti işi getmir, sadəcə olaraq, ərazidə yamaların doldurulması və abadlaşdırılması üçün iş aparılır" - deyə, qurumdan bildirilib.



Həmçinin, İcra Hakimiyyətindən onu da bildiriblər ki, abadlıq işlərinin nə zaman yekunlaşacağı məlum deyil. İşlərin uzanması, yaxud yarımçıq qalması isə ərazinin daha da çirklənməsinə, tullantıların daha da çoxalmasına və ən önəmlisi, bölgədə antisanitar vəziyyətin yaranmasına gətirib çıxarır.//Bizimyol.info

Son xəbərlər

Xətai rayon İcra Hakimiyyəti dəyirmi masa keçirib

Moskva əlindən gələni etdi, Qərb imkan vermədi - Şoyqu

1 vəkil xaric olundu, 1-nə xəbərdarlıq edildi, 5-i isə cərimələndi

Ağcabədidə nöqsanlar aşkarlanan pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Qubada güclü leysan yolu uçurdu - 6 kəndlə əlaqə kəsildi

Ən zəif internet provayderləri açıqlandı

Lukaşenko Zelenskidən üzr istədi – Belarus başçısından sensasiyalı etiraflar

İşçilərin şirkətdə pay sahibi olması: Yeni qanun layihəsi müzakirəyə çıxarıldı

Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?

Göygöldə minlərlə manatlıq gül və ağac alınır

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə+Video

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

Bütün xəbərlər