XƏTAİDƏ XARABALIĞA ÇEVRİLMİŞ “UKRAYNA ƏRAZİSİ”... - Vaxtilə park olub

dogruxeber.tv: - Bakının Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsində təxminən yarım hektardan artıq ərazini əhatə edən sahə illərdir ki, baxımsız vəziyyətdədir. Əvvəllər istirahət parkı olan bu yerdə uşaqlar üçün quraşdırılmış köhnə atraksionlar hələ də yerində qalır, sadəcə onların üstünü bağlayıb hasar içində saxlayırlar.

Ərazidə çəkilişlər etdiyimiz vaxt Xətai Rayon İcra Hakimiyyətinin əməkdaşlarının orada təmizlik işləri apardığını müşahidə etdik. Ancaq park zir-zibildən təmizlənsə də kökündən qopmuş ağaclar, nahamar səkilər, harda gəldi saxlanılan maşınlar və s. uzun müddət davam etmiş baxımsızlıqdan xəbər verirdi.

Yaxınlıqdakı binalarda yaşayan sakinlərin parkda masalar, oturacaqlar qoyaraq istirahət üçün şərait yaratmağa çalışdıqları görünür. Amma son vaxtlar sahibsiz itlərin əraziyə toplaşması gecə saatlarında buranı təhlükəli hala gətirib. Beləliklə, adı park olsa da ərazi istifadəsiz qalmış xarabalığa çevrilib.

Ətrafda yaşayan sakinlərdən Sənubər Mehdiyeva "AzPolitika.info"-ya bildirdi ki, uzun illərdir park bu vəziyyətdədir. Pərvanə Qasımlı isə deyir ki, yaxınlıqda bu parkdan başqa istirahət guşəsi olmadığından, İcra Hakimiyyətinin həyətindəki parka üz tuturlar.

Ümumiyyətlə, sakinlər parkın təmir olunaraq vətəndaşların istifadəsinə verilməsini istəyirlər. Ancaq Xətai Rayon İcra Hakimiyyətindən "Azpolitika.info"-nun sorğusuna cavab olaraq bildirildi ki, sözügedən ərazi Ukrayna səfirliyinə məxsusdur.

Bu səbəbdən, onların ərazi ilə bağlı qərar qəbul etməyə səlahiyyəti yoxdur. Çünki bütün təmir-bərpa işləri ancaq səfirliyin ixtiyarındadır. Qurumdan daha sonra bildirildi ki, ərazi hər nə qədər onlara aid olmasa da, Xətai rayonunda yerləşdiyindən hər ay rayon İcra Hakimiyyəti orada təmizlik işləri aparır.

Ukraynanın Azərbaycandakı Səfirliyi ilə əlaqə yaratmaq cəhdlərimiz isə baş tutmadı, gün ərzində telefonlara cavab verən olmadı.

Bir sözlə, illər əvvəl Ukrayna səfirliyinə satılmış bu ərazidə indiyə qədər tikiniti işləri aparılmayıb. Görünür, ərazidən necə istifadə olunacağı ilə bağlı hələlik qərar verilməyib. Bu səbəbdən paytaxtın mərkəzində yerləşən kifayət qədər böyük ərazi baxımsız, xoşagəlməz vəziyyətdə qalmaqda davam edir.// “AzPolitika.info”

XƏTAİDƏ XARABALIĞA ÇEVRİLMİŞ “UKRAYNA ƏRAZİSİ”... - Vaxtilə park olub

XƏTAİDƏ XARABALIĞA ÇEVRİLMİŞ “UKRAYNA ƏRAZİSİ”... - Vaxtilə park olub

XƏTAİDƏ XARABALIĞA ÇEVRİLMİŞ “UKRAYNA ƏRAZİSİ”... - Vaxtilə park olub

Oxunub: 768

Son xəbərlər

Bugünkü əməliyyatda saxlanılanların – Adları

Azərbaycanda maaş sistemi dəyişir – YENİ MODEL

ABŞ Hind okeanında İrana məxsus neft tankerini ələ keçirdi

Tarixin ən böyük enerji böhranı: "Çox neft və qaz itirdik"

Naxçıvan şəhərinin ticarət rəhbəri işdən çıxdı

Sosial media istifadəçilərinin NƏZƏRİNƏ

“Nə vaxta qədər ərə siqaret pulu verməli idim?”

Nazir yeni aparat rəhbəri təyin etdi

"Qalatasaray" TFF ilə bütün əlaqələrini kəsdi

“Yelo Bank”da mənfəət kəskin azalır

UFO tədqiqatçıları ya itkin düşür, ya da ölü tapılır - ABŞ-də müəmmalı hadisə

Yaponiyada 230 min toyuq MƏHV EDİLDİ

Pentaqonda daha bir istefa

TƏBİB: Yeni təyinatlarla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir

Vergi orqanlarına edilən müraciətlərin sayı 14%-ə yaxın azalıb

Rəqsanə İsmayılova barəsindəki qərar dəyişdirildi

ADSEA Kürün daşması ilə bağlı məlumatlara AYDINLIQ GƏTİRDİ

Ohanyan: “İrəvan 28 mayda Azərbaycana hesabat verəcək”

Prezident müraciət ünvanladı

Etimadın kölgəsində böyüyən sərvət

İçməli və tullantı su təchizatına qoşulma üzrə tələb olunan sənədlər – Maarifləndirmə

Dörd qadın güləşçimiz AÇ-də mübarizəyə başlayır

“Paşinyan Bakının əlaltısıdır”

ABŞ Rusiyanı G20 sammitinə dəvət etdi

Expressbank "Sahibkarlar Günü" münasibətilə sahibkarlarla görüş keçirib

Yeni Klinikaya təyin olunan DİREKTOR KİMDİR?

Ağstafada məktəbdə insident - 14 yaşlı şagird bıçaqlandı (YENİLƏNİB)

Səhiyyədə gecikmiş qərarlar və yeni ümidlər

Qızıl və gümüşü olanlara PİS XƏBƏR

Millimiz Avropa çempionu oldu

Bütün xəbərlər