Arxitektura Komitəsi qanunları HEÇ SAYIR

dogruxeber.tv: - DogruDövlət Şəhərsalma və Arxitektura Komitəsi tabeliyində publik hüquqi şəxs statuslu Ərazi Tikinti-Planlaşdırma Mərkəzi "Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikası ərazisinə təcavüzü nəticəsində Gəncə şəhəri və Füzuli rayonunda dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası işləri” ilə əlaqədar satınalma müqaviləsi imzalayıb.

Ümumi dəyəri 2 milyon 155 min 417 manat 77 qəpik olan satınalma müqaviləsi "Az Graft Construction” MMC (VÖEN – 6200389011) ilə bağlanıb.
Qeyd edək ki, "Az Graft Construction” MMC-nin qanuni təmsilçisi Qasımov İsgəndər Bəhman oğludur. Şirkətin hüquqi ünvanı "Laçın rayonu Taxta körpü”dür. 1 000 manat nizamnamə kapitalı olan şirkət 6 avqust 2019-cu ildə dövlət qeydiyyatına alınıb.

Onu da bildirək ki, "Az Graft Construction” MMC dövlət qeydiyatına alındıqdan sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən keçirilən və dəyəri milyonlarla manat olan çoxsaylı tenderlərdə qalib olub.

Hətta şirkətin 2021-ci ildə dövlət büdcəsinə 100 min manata yaxın vergi borcu olsa da, tender müsabiqələrində qalib olub.
Sonuncu satınalma müqaviləsi isə bir mənbədən satınalma metodu əsasında imzalanmaqla bərabər dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə həyata keçirilməyib.

Xatırladaq ki, "Dövlət satınalmaları haqqında” Qanunun 15.1-ci maddəsində göstərilir ki, məxfi məlumatlar istisana olmaqla bütün dövlət satınalmaları yalnız portal vasitəsi ilə həyata keçirilir.

Eyni zamanda Qanunun 49-cu maddəsində qeyd olunur ki, bir mənbədən satınalma metodu aşağıdakı hallarda tətbiq olunur:
- Satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda;

- Satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda;

- Satınalma predmetinə təcili tələbat yarandıqda;

- Təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə;

- Satınalma predmeti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini təmin edən tələbata aid olduqda.

Qeyd edək ki, təxminən 3 il əvvəl Ermənistan ordusunun Gəncə şəhəri və Füzuli rayonunda dağıtdığı fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası işlərinin yuxarıda göstərilən hallardan hansına aid edildiyi barədə məlumat mövcud deyil.//yeniavaz.com

Son xəbərlər

Hicran Hüseynova dünyasını dəyişdi

“Liverpul” yeni baş məşqçisini açıqladı

İtaliyada dörd miqrant diri-diri yandırıldı

Məhv olmuş planetin ilk qəti sübutu tapıldı

Oğluna dördüncü dəfə Laçında toy etdi

ABŞ Haitidən gələn və 240 miqrantı daşıyan qayığı saxlayıb

Türkiyə terrorla mübarizədə Nigerə yardım edəcək

Putin İlham Əliyevə buna görə təşəkkür etdi

Putin İlham Əliyevə buna görə təşəkkür etdi

Yeni Delhidə oteldə yanğın olub – 21 nəfər ölüb, 17-si əcnəbidir

Tovuzun Cəlilli kəndi içməli su ilə təmin olunub

Əraqçi Xameneinin öldürüldüyü vaxt onun ofisində imiş - detalları açıqladı

Livanda ölənlərin sayı 3 526 nəfərə çatdı

Zelenski Putinə görüş və atəşkəs təklif edib

Körpüdə uşaqları daşıyan avtobus SUV ilə toqquşub - Bu ölkədə

Kartla ödəniş edənlərin NƏZƏRİNƏ!

Mehriban Abasquliyeva sabiq məhkəmə sədrinin bacısı imiş

Rusiyadan Ermənistana səsverməyə gələnlər saxlanılır

Azərbaycanda bu şəxslərdən sürücülük vəsiqəsi tələb olunmayacaq

BAŞLANDI! Rusiya şəhərləri, Krım, gəmilər, zenit-raketlər, dəmiryolları BOMBALANIR

“Qarabağ” 1 milyona qapıçı alır

Podolyakdan Lukaşenkoya hədə: Təqaüdə çatmaq istəyirsə...

ADY yayda daha sıx qrafiklə fəaliyyət göstərəcək

ADY yayda daha sıx qrafiklə fəaliyyət göstərəcək

Sərhəddə, yerin altında gizli narkotik marşrutu: illərlə diqqətdən yayınıb - Foto

Tarixdə ilk trilyonçu ola bilər

"Ford" 420 min avtomobili geri çağırır

"Reuters": Aİ ilə Rusiya arasında danışıqlar üçün imkan yaranır

Qırğızıstan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib

İsrailli köçkünlər fələstinli çobanları otlaqlarından qovublar

Bütün xəbərlər