gundem / siyaset / dunya
19.03.2024
NATO-nun baş katibi: "Bakı və İrəvan dayanıqlı sülhə nail ola bilər"
Azərbaycan və Ermənistanın hazırda dayanıqlı sülhə nail olmaq imkanı var.
"dogruxeber.tv" xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanla birgə mətbuat konfransında deyib.
Yens Stoltenberq rəsmi Bakı və İrəvanı sülh sazişi imzalamağa çağırıb:
"Hər iki ölkəni münasibətləri normallaşdırmağa və bu iki xalq üçün dayanıqlı sülhə yol açan razılaşma əldə etməyə çağırıram”.



