Azərbaycan ilə Rusiya arasında turizm əlaqələrinin genişləndirilməsinə dair tədbirlər planı müəyyən edilib

Bu il Azərbaycanın turizm potensialının Rusiyada tanıdılması üçün müxtəlif marketinq tədbirlərinin həyata keçirilməsi, sərgilərdə iştirak, seminar və təqdimatların təşkil edilməsi, Moskvada turizm nümayəndəliyinin açılması, ölkədə Rusiyanın turizm şirkətləri üçün tanıtım tədbirlərinin təşkil edilməsi planlaşdırılır.

"dogruxeber.tv" xəbər verir ki, bu barədə müzakirələr bu gün Dövlət Turizm Agentliyinin (DTA) sədri Fuad Nağıyevlə Sankt-Peterburq şəhərinin Turizmin inkişafı üzrə komitəsinin sədri Sergey Korneyev arasında keçirilən görüşdə aparılıb.

Müzakirələr çərçivəsində martın 5-də imzalanan “2024-2026-cı illərdə Azərbaycan ilə Rusiya arasında turizmin inkişafına dair Yol Xəritəsi” sənədi üzrə birgə turizm marşrutlarının yaradılması, investisiya imkanları, təhsil proqramları, məlumat və təcrübə mübadiləsi, turizm şirkətləri arasında əlaqələrin inkişafı və digər məsələlər haqqında fikir mübadiləsi aparılıb.

Qeyd olunub ki, 2023-cü ildə Azərbaycanın 3 şəhəri və Sankt-Peterburq daxil olmaqla Rusiyanın 19 şəhəri arasında birbaşa uçuşlar həyata keçirilib. Sankt-Peterburq şəhərindən isə Azərbaycana həftədə 10 dəfə olmaqla 540 uçuş təşkil olunub.

2023-cü ildə Rusiyadan Azərbaycana gələn xarici ziyarətçilərin sayı 2022-ci illə müqayisədə 40 % artaraq 625 min nəfərə çatıb. Cari ilin birinci rübündə Azərbaycana gələn Rusiya vətəndaşlarının sayı 147 438 nəfər olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 24 % artım deməkdir.

Son xəbərlər

“Real Madrid” onunla maraqlanır

Ukrayna daha bir kəndi itirdi

Bu ölkə tamamilə işıqsız qaldı

Adil Kərimli Türkmənistan Prezidenti ilə görüşdü

Almaniya Azərbaycanla yeni layihə hazırlayır

Mətanətdən Vüqar Muradova ağır sözlər

Qazın qiyməti UCUZLAŞDI

Ermənistanda seçkidən sonra vətəndaş müharibəsi başlayacaq – SENSASİON DETALLAR

Etibarnaməli avtomobillərlə bağlı VACİB XƏBƏRDARLIQ

Overçuk: yeni MDB formatının çox yaxşı perspektivləri var

Özbəkistan və Yunanıstan əmək miqrasiyası sahəsində əməkdaşlıq üzrə danışıqlar aparır

Bu şəxslərə maaş yeni qayda ilə VERİLƏCƏK

Tehranın uranı üçüncü ölkəyə köçürməyə razılaşdığı iddiası doğru deyil - “Fars

Azərbaycan polisi bir gündə 111 nəfərin saxlanılması barədə MƏLUMAT YAYDI

SON DƏQİQƏ! Bakının bu ərazisində yanğın oldu

70 milyard avroluq yardım Ukraynaya göndəriləcək

İrandan Azərbaycana keçməyə cəhd göstərən əcnəbilər saxlanılıb

Siqaret yenidən bahalaşır - Səbəb açıqlandı

İlham Əliyev Kralı təbrik etdi

Bakıda ABŞ təhsil sərgisi açılıb

Bakıda böyük söküntü başlayır: siyahıda bu ərazilər var

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Abşeronda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib

Məhkəmə sədrinə ağır itki

Onların hələ də müəyyən sayda raketləri və PUA-ları var - Tramp

Rusiya ordusu Zaporojyeyə dronlarla zərbələr endirdi

İran Amerika bazalarına zərbələr endirməyə hazırdır - Xameneinin müşaviri

İran Amerika bazalarına zərbələr endirməyə hazırdır - Xameneinin müşaviri

İrəvandan Azərbaycanla bağlı ŞOK etiraf

Ərdoğanın oğlu: İsrailə olar, Rusiyaya yox?

Bütün xəbərlər