Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

İşdən çıxarıldığı üçün məktəb direktorunu bıçaqlayan xadiməyə hökm oxunub.

"dogruxeber.tv"ın Qaynarinfo-ya istinadən məlumatına görə, Cəlilabadın Kövüzbulaq kənd tam orta məktəbinin direktoru Cahangir Əliyev 15 may 2023-cü il tarixdə, saat 14 radələrində işlədiyi məktəbin həyətində bıçaqlı hücuma məruz qalıb. Hücumu isə məktəbdə uzun illər xadimə işləyən 1986-cı il təvəllüdlü, Cəlilabad rayonunun Kövüzbulaq kənd sakini Aida Zamanova (soyad şərti) adlı qadın törədib.

Qadın 2019-cu ildən həmin məktəbdə xadimə kimi işləyərək hər ay 150 manat əmək haqqı alıb və 2023-cü ilin may ayının 8-də direktorun əmri ilə işdən azad olunub. Aida Zamanova direktorun qərarından Cəlilabad şəhər Təhsil Şöbəsinə müraciət edib. O iddia edib ki, Təhsil Şöbəsinin əməkdaşı araşdırma aparıldığını və guya onun məktəbə açıq-saçıq paltarda gəldiyini, kənddə əxlaqsız kimi tanındığını, bu səbədən işdən çıxarılmasının əsaslı sayıldığını deyib.

Bundan sonra təqsirləndirilən şəxs evindən mətbəx bıçağını götürərək direktorun yanına gedib. O, Cahangir Əliyevdən əxlaqsız olması barədə iddianı sübut etməyi tələb edib və əynindəki jaketin yaxasından bıçağı çıxararaq onu qovmağa başlayıb. Təqsirləndirilən şəxs bıçaqla vurarkən direktor sağ əlini qabağa verib və əlindən xəsarət alıb. Sonra isə təqsirləndirilən şəxs bıçaqla onun sol böyür hissəsindən də bir dəfə vuraraq xəsarət yetirib.

Məktəb direktorunun şikayəti əsasında qadın saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə cinayət işi açılıb. İş baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmədə qadın özünü təqsirkar bilib və əməlindən peşman olduğunu deyib. Məktəb direktoru da təqsirləndirilən şəxslə barışdığını və onu çox vaxt məktəbə gəlmədiyi üçün işdən çıxardığını deyib.

Məhkəmənin qərarı ilə Aida Zamanova Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzası 1 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilib.

Oxunub: 746

Son xəbərlər

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

“Mersedes”lə qəza törətdi: anası ÖLDÜ

Sosial mənzillərin alınması ilə bağlı kimlər yenidən müraciət edə bilər?

Güler Modriç və Krossu geridə qoydu

Pakistan Prezidenti bu gün Çinə səfər edəcək

Yamal La Liqada ən yaxşı seçildi

Alimlər kainatımız 4 deyil, 7 ölçüdən ibarət ola biləcəyini iddia edir

Deputat oğlunun şirkəti 29 milyonluq tender qazandı

Avropa çempionatı: Azərbaycanın səkkiz güləşçisi döşək üzərinə çıxacaq

XİN-də işləmək istəyənlərin NƏZƏRİNƏ

Azərbaycan Premyer Liqası: XXIX tura iki oyunla start veriləcək

“Brent” nefti bahalaşıb

ABŞ Venesuelaya Maduro üçün hüquqi xidmətlərin haqqını ödəməyə icazə verib

Ranyeri vəzifəsindən ayrıldı

Qazinin atasına qarşı DƏLƏDUZLUQ: Qadın biznesmenə cinayət işi açıldı

“Sənətkarlar üçün qəbiristanlıq yaradılsın” – Xalq artisti

Afrikada amerikalı milyarderi fillər tapdalayıb öldürdülər

Gənc samboçumuz Avropanı fəth etdi

Şagirdin bu gün ehtiyacı olan SEVGİDİR

Cənubi Qafqazda yeni güc balansı və infrastruktur rəqabəti - Azərbaycan önə çıxır

Rabitəbankdan sahibkarlar gününün 10 illiyinə özəl mikrokreditlər üzrə “10% daha sərfəli” kampaniyası

Baş prokuror İran səfirini qəbul edib

Aİ liderləri yeni maliyyə resurslarının tətbiqinə geniş dəstək ifadə ediblər

Dağıstan və Çeçenistanda genişmiqyaslı torpaq sürüşmələri baş verə bilər

Nazirlər Kabineti vahid indekslərin siyahısında dəyişiklik edib

Xudavəng monastrı ilə bağlı videoçarx hazırlanıb

70 yaşlı kişini lüks avtomobili ilə DƏFN ETDİLƏR

Xarici media nümayəndələri Zəngilan rayonunun Ağalı kəndinə səfər ediblər

Dövlət Xidməti Sabirabadda vətəndaş qəbulu keçirdi

İranın vitse-prezidenti: Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək

Bütün xəbərlər