gundem / Cəmiyyət
30.04.2024, 15:15
Bu polis şöbəsinə rəis TƏYİN EDİLDİ
Daxili işlər orqanlarında yeni təyinat olub.
“dogruxeber.tv”ın əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, polis polkovnik-leytenantı Anar Rüstəmov Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, bir müddət əvvəl Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin rəisi polis mayoru Cavid İsmayılov tutduğu vəzifədən azad edilərək Nərimanov RPİ-nin əməliyyat işləri üzrə rəis müavini təyin olunub.



