Türkiyəli və azərbaycanlı həkim heyəti  qazi  üzərində ağır cərrahi əməliyyatı  icra etdi -  UĞURLU NƏTİCƏ

Türkiyəli və azərbaycanlı həkim heyəti Vətən müharibəsi qazisi üzərində ağır cərrahi əməliyyatı uğurla icra edib.

"dogruxeber.tv" bildirir ki, Türkiyə Respublikasının “Acıbadem” Xəstəxanasının nümayəndə heyəti Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında olublar.
Səfər çərçivəsində həkim nümayəndə heyəti Respublika Klinik Xəstəxanasının həkimləri ilə birgə Vətən müharibəsi qazisi, 29 yaşlı şəxs üzərində icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində ağır cərrahi əməliyyat icra ediblər.

Bir müddət əvvəl tibb müəssisəsinə müraciət edən Vətən müharibəsi qazisi üzərində planlı cərrahi əməliyyatın vacibliyi və ağırlıq dərəcəsi nəzərə alınaraq “Acıbadem” Xəstəxanasının professor həkimləri Arel Gereli və Fatih Dikici Respublika Klinik Xəstəxanasına dəvət olunub.
Qeyd edək ki, zəruri müayinələrdən keçirilən pasiyentin nəticələri əvvəlcədən “Acıbadem” Xəstəxanasına konsiliuma göndərilib və ona tibia talar, talokalkanear, talonavikulyar oynaqların artrozu diaqnozları qoyulduqdan sonra belə bir səfərin həyata keçirilməsi planlaşdırılıb.
Türkiyəli həmkarları ilə planlı cərrahi əməliyyatda Respublika Klinik Xəstəxanasının Travmatologiya şöbəsinin həkimləri Eldar Əsədli, Tofiq Abdullayev, İlqar İsmayılov da iştirak edib və həyata keçirilən birgə triple artrodez əməliyyatı uğurla icra olunub. Hazırda pasiyentin vəziyyəti stabil qiymətləndirilir.

Videonu izləmək üçün bu yazıya toxun !!!

Məlumat üçün bildirək ki, əməliyyatdan sonra vətəndaşlara göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi istiqamətində TƏBİB-in beynəlxalq əməkdaşlıq strategiyasına uyğun olaraq Respublika Klinik Xəstəxanası ilə “Acıbadem” Xəstəxanası arasında qarşılıqlı əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

İmzalanma mərasimində Respublika Klinik Xəstəxanasının rəhbərliyi, “Acıbadem” Xəstəxanasının Baş İdarəsinin Beynəlxalq xəstə xidmətləri şöbəsinin İcraçı direktoru İlyas Benveniste, professor həkim Arel Gereli, professor həkim Fatih Dikici, Regional inkişaf şöbəsinin Azərbaycan Respublikası üzrə məsul şəxsi İlahə Kılıç, məsul şəxs Vüsalə Nurçeli iştirak edib.

Son xəbərlər

Tehranın Bakıya qarşı addımı: Bu gərginliyi kim yaradır?

Azərbaycanda güllələnmə: Bir nəfər öldü

Binəqədidə su xəttini təmir etmək istədilər -Yol da dağıldı

Yaponiyada zəlzələdən sonra TM-də partlayış – Ölənlər var

Rusiya həyəcan təbili çaldı: Asiyada NATO-ya bənzər blok yaradılsa...

Önəmli telefon danışığı: Prezidentlər nəyi müzakirə etdi?

İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu

Kral Çarlzdan Harriyə gözlənilməz addım: Bu dəfə "hə" dedi

İran Ukraynaya hücuma hazırlaşır

Ronaldo serialda rol alacaq

Müəllimini güllələyən şagirdə hökm oxundu

ABŞ-nin Kanadadakı konsulluğuna silahlı hücum: Canilərin axtarışı davam edir

“Qarabağ”dan ayrıldı, bu kluba keçdi

Tələbələrin yerdəyişməsi üzrə nəticələr açıqlandı

Qəzadan sonra avtomobili kənara çəkmək olarmı? – Qanun nə deyir?

Börnhem söz verdi: Ukraynaya ordu göndərəcək!

İlham Əliyev sərəncam imzaladı

Hasil Abbasov şöbə müdirini işdən çıxardı

Rəsmi sənədi var, hakim isə “fakt təsdiqlənməyib” deyir —Xətai Rayon Məhkəməsinin qətnaməsindəki açıq ziddiyyət

Putin İlham Əliyevə zəng etdi

Xəzərdə müharibə təhlükəsi: Azərbaycan üçün yeni risklər

Sabah 40 dərəcə isti olacaq

Göyçayın ortasında ağacları zəhərləyən obyekt sahibi kimdir və bu cəsarəti kimdən alır?

Bu ölkədə 7,1 bal gücündə zəlzələ: Sunami təhlükəsi... - Video

Bu ərazilərdə 3 gün su olmayacaq

Dünya çempionatı: Elmir Çərkəzov qazaxıstanlı rəqibini məğlub edib

Bakı şəhəri 93 №-li məktəbin direktorunun qara bazarı -Şagirdlərin sinifdə saxlanılması...

Sürücülərə ŞAD XƏBƏR: Cərimələr geri qaytarılır

Tacikistanda hicab və saqqal qadağan edildi

Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı

Bütün xəbərlər