gundem / Cəmiyyət
4.06.2024, 13:45
Bu yayımçıların lisenziyası ləğv edilə bilər
Il ərzində 5 inzibati tənbeh tədbiri tətbiq edilən yayımçının lisenziyası ləğv edilə bilər.
"dogruxeber.tv" xəbər verir ki, bunu Audiovizual Şuranın Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nemət Cavadov deyib.
O bildirib ki, Şuranın qərarı ilə tətbiq olunan bəzi sanksiyalar var. Belə ki, yayımın dayandırılması 24 saatadək, 1-30 gün arası, inzibati cərimə isə 1000-10000 manatadək tətbiq olunur.
N.Cavadov qeyd edib ki, audiovizual media subyektləri bir il müddətində azı beş dəfə audiovizual yayım sahəsində inzibati məsuliyyətə cəlb edildikdə onun lisenziyası ləğv edilə bilər.



