"Orxanı İlhamə Quliyevaya övladlıq verməmişəm"

"Qapımı döyüb deyərdilər ki, oğlun mənə borcludur. Verib, onu qurtarardım. O qədər ağılsız adamam? Hər şeyi gözə alıb bura gəlmişəm".

"dogruxeber.tv" Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri mərhum Xalq artisti İlhamə Quliyevanın övladlığa götürdüyü Orxan Nadirovun anası Lalə "Səni axtarıram" verilişində deyib. O, 8 aydır itkin düşən övladının borcu olması iddialarına cavab verib.

Lalə "Niyə Orxanın adı pisliyə hallanmalıdır? Keçmişdə insanın başına nəsə gəlirsə hamı onun üzünə vurmalıdır? Onun dostlarının heç birini tanımar. Bəlli yaşda kişidir. Hansı oğul gəlib anasına deyir ki, dostum kimdir. Orxanın Bakıda, Türkiyədə və ya başqa yerdə olacağına inanmıram. Bilir ki, mən necə insanam. Hər gün ona zəng edirdim. Hərdən bezirdi mənim əlimdən. İlhamə xanımın yanında hamısı onun yanında idi. Hamı deyirdi Orxan orda oturma, burada otur" deyə, əlavə edib.

Lalə Orxanı rəsmi olaraq İ.Quliyevaya övladlıq vermədiyini söyləyib:

"Mən və bacımı Tükəzban İsmayılova (Xalq artisti, İlhamə Quliyevanın anası - red.) böyüdüb. Bizim doğma xalamızdır, ailə hadisəsidir. Heç kəsə uşaq verməmişəm, Orxan mənim yanımda böyüyüb. Bizi Tükəzban xanımla Həbib müəllim oxutdurub, ali təhsil verib, gəlin köçürdüb. Biz İlhamə xanımla bir böyümüşük. Orxan ilk nəvə olub. Uşaq nənə, xala qayğısı görürsə, o deməkdir ki, ana imtina edib? Orxanı məktəbə də aparmışam. Orxan həm bizdə, həm İlhamə Quliyevanın yanında qalırdı. Orxan İlhaməyə "ana" deməyib, "İlaşa" deyirdi".

Qeyd edək ki, Lalə oğlunun 8 aydır itkin düşdüyünü bildirib.

Oxunub: 1 310

Son xəbərlər

Bolt Azərbaycanda yeni Bolt Plus xidmətini istifadəyə verir

İlham Əliyevin Volodimir Zelenski ilə geniş tərkibdə görüşü keçirilir

Sabah 24 dərəcə isti olacaq

Əraqçi Pakistanda Munirlə görüşdü

"Çox kökəlmişəm, utanıram"

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

“Mersedes”lə qəza törətdi: anası ÖLDÜ

Sosial mənzillərin alınması ilə bağlı kimlər yenidən müraciət edə bilər?

Güler Modriç və Krossu geridə qoydu

Pakistan Prezidenti bu gün Çinə səfər edəcək

Yamal La Liqada ən yaxşı seçildi

Alimlər kainatımız 4 deyil, 7 ölçüdən ibarət ola biləcəyini iddia edir

Deputat oğlunun şirkəti 29 milyonluq tender qazandı

Avropa çempionatı: Azərbaycanın səkkiz güləşçisi döşək üzərinə çıxacaq

XİN-də işləmək istəyənlərin NƏZƏRİNƏ

Azərbaycan Premyer Liqası: XXIX tura iki oyunla start veriləcək

“Brent” nefti bahalaşıb

ABŞ Venesuelaya Maduro üçün hüquqi xidmətlərin haqqını ödəməyə icazə verib

Ranyeri vəzifəsindən ayrıldı

Qazinin atasına qarşı DƏLƏDUZLUQ: Qadın biznesmenə cinayət işi açıldı

“Sənətkarlar üçün qəbiristanlıq yaradılsın” – Xalq artisti

Afrikada amerikalı milyarderi fillər tapdalayıb öldürdülər

Gənc samboçumuz Avropanı fəth etdi

Şagirdin bu gün ehtiyacı olan SEVGİDİR

Cənubi Qafqazda yeni güc balansı və infrastruktur rəqabəti - Azərbaycan önə çıxır

Rabitəbankdan sahibkarlar gününün 10 illiyinə özəl mikrokreditlər üzrə “10% daha sərfəli” kampaniyası

Baş prokuror İran səfirini qəbul edib

Aİ liderləri yeni maliyyə resurslarının tətbiqinə geniş dəstək ifadə ediblər

Dağıstan və Çeçenistanda genişmiqyaslı torpaq sürüşmələri baş verə bilər

Nazirlər Kabineti vahid indekslərin siyahısında dəyişiklik edib

Bütün xəbərlər