Prezident bir sıra fərmanlarda dəyişiklik etdi

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunun icrası ilə əlaqədar Prezidentin bəzi fərmanlarında dəyişiklik edilməsi fərman imzalayıb.

"dogruxeber.tv" xəbər verir ki, fərmana əsasən, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunun tətbiq edilməsi barədə” fərmanda dəyişikliklər edilib.

Fərmana əlavə edilən bəndə əsasən, həmin Qanunun 5-ci maddəsinin yeddinci hissəsində “qəyyumluq və himayə orqanları”, 7-ci maddəsinin altıncı hissəsində “qəyyumluq və himayəçilik orqanı” və yeddinci hissəsində “qəyyumluq və himayə orqanı” dedikdə himayədar ailəyə verilmiş uşaqlara, habelə Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq yerləşdirilənədək – valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara münasibətdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, digər hallarda isə yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları nəzərdə tutulur.

“Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” qanunun tətbiq edilməsi barədə fərmanda 2.3–2.5-ci bəndlər aşağıdakı redaksiyada verilib:

“2.3. həmin Qanunun 14-cü maddəsinin adında və 14.0-cı maddəsinin birinci abzasında “qəyyumluq və himayə orqanları” dedikdə himayədar ailəyə verilmiş uşaqlara, habelə Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq yerləşdirilənədək – valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara münasibətdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, digər hallarda isə yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları nəzərdə tutulur;

2.4. həmin Qanunun 16-cı maddəsinin adında, 16.2-ci və 16.3-cü maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi nəzərdə tutulur;

2.5. həmin Qanunun 16.1-ci maddəsinin birinci abzasında “orqan (qurum)” dedikdə aşağıdakılar nəzərdə tutulur:

2.5.1. həmin Qanunun 16.1.1-ci, 16.1.3-cü, 16.1.5–16.1.7-ci maddələrinə münasibətdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi;

2.5.2. həmin Qanunun 16.1.2-ci və 16.1.4-cü maddələrinə münasibətdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi;

2.5.3. həmin Qanunun 16.1.8-ci maddəsinə münasibətdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi;”;

“Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”nda aşağıdakı dəyişikliklər edilib:

2.5.18-ci yarımbəndə “verilmiş” sözündən sonra “, habelə Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq yerləşdirilənədək – valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş” sözləri əlavə edilib;

2.8-ci bənddə “Yerli” sözü “Bu Qaydanın 2.5.18-ci yarımbəndi nəzərə alınmaqla, yerli” sözləri ilə əvəz edilib.

Son xəbərlər

Körpüdə uşaqları daşıyan avtobus SUV ilə toqquşub - Bu ölkədə

Kartla ödəniş edənlərin NƏZƏRİNƏ!

Mehriban Abasquliyeva sabiq məhkəmə sədrinin bacısı imiş

Rusiyadan Ermənistana səsverməyə gələnlər saxlanılır

Azərbaycanda bu şəxslərdən sürücülük vəsiqəsi tələb olunmayacaq

BAŞLANDI! Rusiya şəhərləri, Krım, gəmilər, zenit-raketlər, dəmiryolları BOMBALANIR

“Qarabağ” 1 milyona qapıçı alır

Podolyakdan Lukaşenkoya hədə: Təqaüdə çatmaq istəyirsə...

ADY yayda daha sıx qrafiklə fəaliyyət göstərəcək

ADY yayda daha sıx qrafiklə fəaliyyət göstərəcək

Sərhəddə, yerin altında gizli narkotik marşrutu: illərlə diqqətdən yayınıb - Foto

Tarixdə ilk trilyonçu ola bilər

"Ford" 420 min avtomobili geri çağırır

"Reuters": Aİ ilə Rusiya arasında danışıqlar üçün imkan yaranır

Qırğızıstan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib

İsrailli köçkünlər fələstinli çobanları otlaqlarından qovublar

Cəfər Əsədova yüksək vəzifə verildi

Zelenski: Ukraynanın NATO-ya üzvlüyünü əksər ölkələr dəstəkləyir

Netanyahu Trampla fikir ayrılıqlarının yarandığını etiraf etdi

Şəlaləyə baxmağa gedən 21 yaşlı gənc iki həftədir tapılmır

İspaniyada anomal isti hava səbəbindən ölənlərin sayı 100-ü keçib

Baş nazirdən QƏRAR

Azərbaycanlı gəncin hesabında 22 milyard dollar...

Rövşən Muradov qəfil VƏFAT ETDİ

Narkotikin təsiri altında olan sürücü həbs edildi

Rusiyadan ABŞ və İranın hücumlarına reaksiya

Saxta mesajlar avtomatik aşkarlanacaq - "WhatsApp"da yeni funksiya

Əlavə məzuniyyətlər kimlərə verilir?

İmişlidə güclü yanğın - 2 rayondan dəstək gəldi

Dünya Kuboku: Azərbaycanın basketbol millisi pley-in mərhələsində

Bütün xəbərlər