`Reo-Med` adlı QƏSSABXANA... CAN ALIR... - İLGİNC FAKTLAR

Xəbər verdiyimiz kimi "Reo-Med" klinikasına liposaksiya üçün müraciət edən və komaya düşən 29 yaşlı Aybəniz Almuradova vəfat edib. Onun ailəsi ölümdə həkimi günahlandırır. Bacısının sözlərinə görə, Aybəniz Almuradova sosial şəbəkədə tanınan həkim Mətanət Eyvazovaya yazaraq liposaksiya olunmaq istədiyini bildirib. Həkim də cavabında əməliyyatın çox yüngül proses olduğunu bildirərək, klinikaya dəvət edib. İyunun 11-də Aybəniz Almuradovanı əməliyyat etmək üçün anesteziya edilib. Hər şey də bundan sonra başlayıb. Mərhumun bacısı deyir ki, Mətanət Eyvazovanın heç bir ali təhsili yox imiş. O lazeroloq işləyirmiş, 6 aydır ki, bu işi kursa gedərək öyrənib.

Gözəlləşmək istəyərkən həyatla vidalaşan yalnız Aybəniz Almuradova deyil. Azərbaycanda son illərdə çox sayda uğursuz plastik əməliyyatları misal çəkmək olar. “Liposaksiya”, bel, yan, qarın, əl, boyun və digər hissələrdəki artıq piylər üçün nəzərdə tutulan əməliyyat növü dünyada geniş yayılıb. Azərbaycanda plastik əməliyyatlar zamanı ölüm halları ilə bağlı siyahını artırmaq olar.

Bu prosedurları bəzən Tibb Universitetində təhsil almayan, bu sahədə ixtisaslaşmayan şəxslər həyata keçirirlər. Onlar bir müddət kurs keçərək bu sahədə fəaliyyət göstərməyə başlayırlar.

"dogruxeber.tv" Teleqraf.com-a istinadən xəbər verir ki, Baş Prokurorluq plastik cərrahiyyə və digər estetik prosedurların keçirilməsinə dair tələblərlə bağlı vətəndaşlara müraciət edib. Müraciətdə plastik cərrahiyyə əməliyyatı və ya digər estetik prosedurların həkim təyinatı əsasında həyata keçirilməli olduğu vurğulanıb:

"Bundan əvvəl həmin prosedurun şəxsin həyat və sağlamlığına təsirinə dair müayinəsi aparılmalıdır. Proseduru icra edən həkim pasiyentdən bu müayinənin aparılmasını tələb etməlidir.
Estetik proseduru həyata keçirən şəxsin müvafiq tibbi təhsili olmalı, həmçinin bu sahədə ixtisaslaşmalıdır. Plastik cərrahiyyə əməliyyatını aparan şəxsin ali tibbi təhsili olmaqla yanaşı, bu sahədə ixtisaslaşmalıdır. Ali tibbi təhsil almadan həkim və ya həkim-kosmetoloq adından istifadə etmək yolverilməzdir”,- məlumata qeyd edilir.

Səhiyyə Nazirliyi tərəfindən kosmetoloji, plastik cərrahiyə fəaliyyəti göstərən mərkəzlərə nəzarət necə aparılır?

Məsələ ilə bağlı Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi Teleqraf.com-a açıqlama verib.
Bildirilib ki, kosmetoloji iş üzrə ambulator tibbi xidmət, plastik cərrahiyyə işi üzrə ambulator və stasionar tibbi xidmətlər “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlər” siyahısına daxil olduğundan bu istiqamətdə fəaliyyət göstərən müəssisələr müvafiq lisenziyaya sahib olmalıdırlar:

“Bu sahədə müvafiq ixtisas üzrə sertifikata malik həkim mütəxəssislər praktiki tibb fəaliyyət göstərə bilər. Lisenziyalı müəssisələrə nəzarət Analitik Ekspertiza Mərkəzi tərəfindən plan üzrə və plandankənar yoxlamalar şəklində, lisenziyasız müəssisələrə münasibətdə isə əhalinin sağlamlığına birbaşa və ya mühüm təhlükənin olmasına dair konkret faktlar olduqda, həmçinin, müxtəlif qurumlardan daxil olan müraciətlər əsasında plandankənar yoxlamalar şəklində aparılır".

Analitik Ekspertiza Mərkəzinin verdiyi məlumata görə, nəzarət tədbirləri zamanı nöqsanlar aşkar olunduqda qanunvericilkdə nəzərdə tutulan inzibati tənbeh tədbirləri (inzibati cərimə) görülür, təkrar aşkar edildikdə təkrar inzibati tənbeh və əlavə tədbirlər həyata keçirilir.

Tanınmış həkim-cərrah Adil Qeybulla isə deyir ki, bütün əməliyyatlarda olduğu kimi plastik əməliyatları da bu sahədə ixtisaslaşan mütəxəssis həyata keçirilməlidir:

“Mütəxəssis olmayan şəxsin fəsadlara səbəb olması ehtimalı çox yüksəkdir. Avadanlıqlar, müvafiq yer, tibb müəssisinin ona uyğun fəaliyyət göstərə bilməsi də vacib məqamdır. Müayinələri həyata keçirmək üçün avadanlıqların olması, həkimin əməliyyatı həyata keçirmək üçün keyfiyyətli cihazlarının olması vacibdir. Hətta yaxşı mütəxəssisin yaxşı avadanlığı olmadıqda belə, orada ağırlaşmalar ola bilir. Ona görə də xəstələr özləri diqqətli olmalıdırlar. Öncədən araşdırmalıdırlar. Reklama uymamalı, mütəxəssisin sertifikatını, doğrudan da bu işlə məşğul olduğunu araşdırmalıdırlar. Səhiyyə Nazirliyi və digər qurumlar daha çox insanların sağlamlıqları ilə bağlı olan xəstəliklərlə məşğuldurlar. Estetik əməliyyatlar xəstənin öz arzusu ilə həyata keçirildiyi üçün burada daha çox pasiyent diqqətli olmalıdır”.

Son xəbərlər

Xətai rayon İcra Hakimiyyəti dəyirmi masa keçirib

Moskva əlindən gələni etdi, Qərb imkan vermədi - Şoyqu

1 vəkil xaric olundu, 1-nə xəbərdarlıq edildi, 5-i isə cərimələndi

Ağcabədidə nöqsanlar aşkarlanan pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Qubada güclü leysan yolu uçurdu - 6 kəndlə əlaqə kəsildi

Ən zəif internet provayderləri açıqlandı

Lukaşenko Zelenskidən üzr istədi – Belarus başçısından sensasiyalı etiraflar

İşçilərin şirkətdə pay sahibi olması: Yeni qanun layihəsi müzakirəyə çıxarıldı

Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?

Göygöldə minlərlə manatlıq gül və ağac alınır

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə+Video

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

Bütün xəbərlər