Azərbaycanda keçmiş deputatın evində dəhşət yaşandı – FOTO













Bərdə rayonunda məskunlaşan Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan SSR Ali Sovetinin 5-ci, 6-cı çağırışlarında deputat olmuş məcburi köçkün, Laçın rayon sakini Şərqiyyə Vəliyevanın yaşadığı ünvanda həyəcan yaşanıb.

Bu barədə danışan Şərqiyyə Vəliyevanın qızı Aybəniz Vəliyeva bildirib ki, evdə ilanı beş yaşlı qardaşı nəvəsi Vidadi görüb. “İyunun 27-si idi. Saat 6 olardı. Qardaşım oğlu işdən gəlib paltarını dəyişirmiş. Həmin vaxt ilanı otaqda olan balaca beş yaşlı Vidadi görüb və qışqırıb. Uşağın bağırtısından diksinən ilan otaqda yerini dəyişməyə cəhd edərkən siçan üçün qoyulmuş yapışqana ilişib. Bundan sonra ilan məhv edilib” — Aybəniz Vəliyeva deyib.

Öz çığırtısı ilə evə girən ilanı qorxutmuş balaca Vidadi
Öz çığırtısı ilə evə girən ilanı qorxutmuş balaca Vidadi
Aybəniz xanım onu da əlavə edib ki, uşaq gecə səhərə qədər səksəkə içində olub, yatmayıb. İndi də, bir neçə gün keçməsinə baxmayaraq hələ qorxur.

Aybəniz Vəliyeva yaşadıqları müvəqqəti sığınacaq yerində ilanların çox olduğunu deyir. O adlı-sanlı Şərqiyyə Vəliyevanın belə bir şəraitdə, ilanların, siçan və siçovulların əhatəsində yaşamasını da təəssüf hissi ilə qeyd edir. “Şərqiyyə Vəliyevanın yaşadığı ev bu vəziyyətdədir. Heç bir qurumdan, təşkilatdan gəlib, maraqlanan yoxdur ki, Şərqiyyə hansı şəraitdə yaşayır” — deyə o vurğulayıb.

Şərqiyyə Vəliyevanın evinə girib uşağı qorxutduğuna görə məhv edilmiş ilan
Şərqiyyə Vəliyevanın evinə girib uşağı qorxutduğuna görə məhv edilmiş ilan
Aybəniz Vəliyevanın sözündən məlum olur ki, siçan, siçovul, ilan və digər ziyanvericilərlə mübarizə aparmaq üçün Sanitar Epidemioloji Mərkəzə müraciət etmək fikirləri yoxdur. Əvvəllər bir neçə dəfə adı çəkilən mərkəzdən yardım istəsələr də adekvat tədbir görülmədiyinə görə artıq özlərini yormaq istəmirlər.

Sonda ilanın gürzə olduğunu dəqiqləşdiririk. Onu da qeyd edək ki, gürzə ən zəhərli ilanlardandır. Vəliyevlər ailəsində balaca uşaqların olduğunu da nəzərə alsaq, ilanların necə təhlükə yaratdığını anlamaq olur.

Keçmiş deputat Şərqiyyə Vəliyevanın qızı Aybəniz qardaşı nəvəsi ilə
Keçmiş deputat Şərqiyyə Vəliyevanın qızı Aybəniz qardaşı nəvəsi ilə
Odur ki, ailənin gələcək həyatı üçün yarana biləcək təhlükənin qarşısını almaq üçün əlaqədar qurumlar lazımi tədbirlər görməlidir.

Ümid edək ki, mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində təcili addımlar atılacaq və xalq arasında “geroy Şərqiyyə” kimi tanınan Şərqiyyə Vəliyevanın ailəsi üçün təhlükə aradan qaldırılacaq.(sputnik.az



Azərbaycanda keçmiş deputatın evində dəhşət yaşandı – FOTO


Azərbaycanda keçmiş deputatın evində dəhşət yaşandı – FOTO


Azərbaycanda keçmiş deputatın evində dəhşət yaşandı – FOTO

Son xəbərlər

Xətai rayon İcra Hakimiyyəti dəyirmi masa keçirib

Moskva əlindən gələni etdi, Qərb imkan vermədi - Şoyqu

1 vəkil xaric olundu, 1-nə xəbərdarlıq edildi, 5-i isə cərimələndi

Ağcabədidə nöqsanlar aşkarlanan pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Qubada güclü leysan yolu uçurdu - 6 kəndlə əlaqə kəsildi

Ən zəif internet provayderləri açıqlandı

Lukaşenko Zelenskidən üzr istədi – Belarus başçısından sensasiyalı etiraflar

İşçilərin şirkətdə pay sahibi olması: Yeni qanun layihəsi müzakirəyə çıxarıldı

Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?

Göygöldə minlərlə manatlıq gül və ağac alınır

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə+Video

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

Bütün xəbərlər