MƏNZİL TİKİNTİSİNDƏ ƏN BÖYÜK PAY KİMDƏDİR? – Bu şirkət “meydan sulayır”

Yaşayış evlərinin tikintisinə alınan icazələrə dair statistik məlumatlar açıqlanıb.

"dogruxeber.tv" “AzPolitika”a istinadən xəbər verir ki, “Axşambazarı” iqtisadi bülletenində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təqdim etdiyi məlumatlara əsasən hazırlanan araşdırmada maraqlı rəqəmlər yer alıb.

İqtisadçıların hesablamalarına görə, 2024-cü ilin aprel-iyun aylarında 479 min kvadrat metr sahəyə malik olan 4662 mənzil və kottecin tikintisinə icazə verilib. Bu sahədə lider olaraq “Şərur” MTK çıxış edir. Belə ki, qeyd olunan dövrdə adıçəkilən MTK 1414 mənzilin tikintisinə icazə alıb.

İkinci yerdə 94 789,52 kvadrat metrlik 1 198 mənzillə “Kristal Abşeron” ASC gəlir. “Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs iki lider şirkətdən xeyli geri qalır. Belə ki, qurum 482 mənzilin tikintisinə icazə alıb ki, onların ümumi sahəsi 54 641,80 kvadrat metrdir.

Sonrakı yer də Qarabağda davam edən tikinti-quruculuq fəaliyyəti ilə məşğul olan “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” 40 095,10 kvadratlıq 334 mənzilin tikintisinə icazə ala bilib.

İlk beşliyi isə “Geno Construction” MMC qapadır. Adıçəkilən şirkətin konkret fəaliyyət sahəsi göstərilməsə də, tikinti sektorunda əhəmiyyətli paya malikdir. 2024-cü ilin aprel-iyun aylarında bu şirkət Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən 410 mənzilin tikintisinə icazə ala bilib ki, onların ümumi sahəsi 39 065,35 kvdarat metrə bərabərdir.

Üçrəqəmli mənzil sayında sonuncu yeri “Qaya İnşaat” MMC tutur. Belə ki, MMC 246 mənzil tikməyə icazə ala bilib. Onların toplam sahəsi 28 690,72 kvdarat metrdir. Daha sonra araşdırmada “Diplomat-2008” Mənzil-Tikinti Kooperativi, Azərbaycan Sənaye Korporasiyası Açıq Səhmdar Cəmiyyəti, “Stella Construction” MMC, Faiq Mirzəli oğlu Namazov, “PMD Group” MMC, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdiriyyəti və “Nardaran İnvest” MMC-nin icazə aldığı obyektlərin sayı qeyd olunub ki, onların sayı 96 ilə 48 aralığında dəyişir.

Aprel-iyun aylarında Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən ən az icazəni isə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi alıb. Qurum cəmi sahəsi 4 018,98 kvadarat metr olan 45 mənzilə icazə alıb.

Son xəbərlər

Milli Məclisin komitə iclası keçirilir

Diabet üçün gözlənilməz risk faktorları müəyyən edildi

Goranboy Rayon Mərkəzi Xəstəxanasında 100 min manatlıq "zibil atılacaq"

Baş Qərargah rəisi: İsrail İrana ağır zərbə planlaşdırıb

Xəzərdə zəlzələ olub

Avro və rubl bahalaşdı

Xarici qüvvələr ərazimizə yaxın olduqları müddətdə risk altındadırlar -Əraqçi

Rusiyanın liman və aeroportları da sanksiyalar siyahısında

Əli Əsədovdan mühüm SƏRƏNCAM

Onların məhkəməsi başlayır

Evini satanlar üçün ciddi problem: Minlərlə vətəndaş qeydiyyatsız qala bilər

Ermənistan Rusiyadan yeni “Tor” kompleksləri aldı

Tedesko yeni komandasında imzasını atdı

Hikmət Hacıyev: “Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib”

Bakının bu ərazisində göl daşdı, həyətlər çirkab su ilə doldu

AMB rəsmisi: Azərbaycan ödəniş əməliyyatlarında yeni zirvələrə çatıb

Rusiya müharibənin bitmə şərtini açıqladı

ABŞ məhkəməsi Trampın "H-1B" vizaları üçün müəyyən etdiyi 100 min dollarlıq rüsumu ləğv edib

İşləyənlərə əlavə pul veriləcək - Yeni qaydalar açıqlandı

10 məşhurun narkotik testi müsbət çıxdı

Kərim Xan vəzifəsindən kənarlaşdırıldı

İmamoğlu və Özəl silindi...

Yol tikintisi apararkən 13 min torba qızıl tapdılar

Bakının iki rayonunda işıq olmayacaq

“Mərkəzi Klinika”nın həkimi müharibə əlilinin ölümünə səbəb oldu – İDDİA

Özbəkistanda təxminən 19 500 xarici investisiyalı müəssisə qeydiyyata alınıb

Pensiya və sosial müavinətlərə bağlı yenilik

Sumqayıtda evdə meyit tapıldı

Prezidentdən Ramiz Fətəliyevlə bağlı sərəncam

ADY rəhbərliyi keçmiş əməkdaşının Feysbukda yazdığı şikayəti sildirdi

Bütün xəbərlər