gundem / Cəmiyyət
24.08.2024, 12:15
Parlament seçkilərində neçə namizəd mübarizə aparacaq? - AÇIQLAMA
Parlament seçkilərində 991 namizəd mübarizə aparacaq.
"dogruxeber.tv" xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, komissiyanın qərarı ilə 6 516 567 seçki bülleteni çap olunub: "Bülletenlərdə 991 namizədin adı qeyd edilib. Bu, o deməkdir ki, sentyabrın 1-də keçirilən seçki prosesində geniş seçim imkanı var".
Xatırladaq ki, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.



