Yerli icra orqanları, bələdiyyələr, ayrı-ayrı fondlar, şirkətlər aztəminatlı ailələrə yardım etməlidir - ÇAĞIRIŞ

dogruxeber.tv: - Yeni tədris ili yaxınlaşdıqca valideynlərin qayğıları artır. Məktəbli forması, dərs ləvazimatlarını əldə edən valideyn tədris ili başlanar-başlanmaz test tapşırıq kitabları, iş dəftərləri ilə də yüklənir. Bu da təbii ki, ailə büdcəsinə əlavə xərc deməkdir. Əvvəlcə məktəb ləvazimatlarının qiymətinə baxaq. Bakupost.az bununla bağlı material hazırlayıb. Məlum olur ki, “sadə qələmlər 0.30 -1.50 manat, xətkeşlər 0.30 - 4 manat, sadə qara karandaşlar 0.30 - 0.70 manat, qələm qabları 4 - 10 manat, pozanlar 0.30 -1 manat, yonanlar 0.80 - 2.60 manat, yapışqanlar 0.30 - 1.70 manat, rəngli karandaşlar 1.70 - 10.20 manat, rəngli flomasterlər 0.90 - 12 manat, plastilin 1.90 - 5.40 manat, sulu boyalar 1.60 - 4 manat arasında dəyişir. 24 vərəqli dəftərin qiyməti 0,35 manatdan başlayır. Vərəq sayına, hansı ölkə istehsalı olduğuna görə qiymətlər dəyişir. Məktəb çantalarına gəlincə, qiymətlər fərqlidir: 18 -150 manat. Su qabları isə 5-10 manatdır. Satışda həm yerli, həm də Türkiyə istehsalı geyimlər var. Üst geyim 23.40 manat, şalvar 26.90-29.90 manat, ətəklər 13 - 24.50 manat, koftalar 12-15 manatdır. Endirimdə isə 2.90-a jaketlər var”.

Xərclər hesablandıqda bir şagirdin məktəb hazırlıqları ortalama 200-250 manata başa gəlir. Ailədə 1 deyil, 2 uşaq məktəbə gedirsə, əlbəttə ki, xərclər daha da yüksələcək.

Bu arada, Bakı Tikiş Evinin satış şöbəsinin müdiri Etibar Əzimov “Şərq”ə açıqlamasında məktəbli formalarının qiymətində endirim edildiyini bildirib: - Endirim məktəbli forması dəstinə daxil olan şalvar və ətəklərədir. Onların tikilişi üçün parçaları Belarus və Türkiyədən alırıq. Keyfiyyətli parçalardır. İstehsal 18-18.50 manata başa gəlir. Biz satış qiymətini 20 manat təyin etdik ki, uşaqlar keyfiyyətli parçalardan tikilmiş formalar geyinsin, valideynlər ucuz qiymətə aldanıb bazarda satılan, keyfiyyətsiz parçalardan tikilmiş formalar almasınlar.
İstənilən halda məktəb hazırlıqları üçün bəlli miqdarda vəsait tələb olunur. Bu, aztəminatlı ailələr və orta-statistik azərbaycanlı üçün də ailənin aylıq büdcəsinin böyük bir qismini əhatə edir. Valideynlərin məktəb xərclərinin qismən də olsa azaldılması mümkün görünürmü?

Təhsil eksperti Elçin Süleymanov “Sherg.az”a açıqlamasında qeyd etdi ki, valideyn məktəb xərcləri üçün ailə büdcəsindən müəyyən vəsait xərcləyir. Lakin valideynlər məktəb xərclərinə xəsislik etməməlidir:

Çünki dəftər-kitaba, təhsilə ödənilən vəsait, çəkilən xərc geri dönür. Hamı üçün bu, keçərli olmasa da, ümumən təhsil şəxsiyyətin formalaşmasında, bilik və bacarıqlar əldə etməsində mühüm rol oynayır. Əlbəttə, maddi vəziyyət əhəmiyyətlidir. Hansısa ailələrin məktəb hazırlıqlarına xərcləməyə yetəri qədər maddi imkanı çatmaya bilər. Amma bunu da nəzərə alaq ki, dərsliklər şagirdlərə pulsuz təqdim olunur. Valideynlərin bu yükünü dövlət üzərinə götürüb. Məktəbli formaları da çox zaman tənqid edilir. Hesab edirəm ki, təhsil müəssisəsində nizam-intizam, şagirdlər arasında ayrı-seçkilik yaranmaması baxımından uniforma vacibdir. Məktəbli formalarının alınmasında valideynlər sərbəstdir. Özləri də tikdirə bilər, satışda olan hazır formaları da ala bilərlər. Keyfiyyətli formaları şagird növbəti il də geyinə bilir. Məktəb ləvazimatlarına çəkilən xərclərin qarşılanmasına gəlincə, müxtəlif ölkələrdə fərqli üsullar var. Məsələn, yerli icra orqanları, bələdiyyələr, ayrı-ayrı fondlar, şirkətlər bu işi müəyyən qədər üzərinə götürür, aztəminatlı ailələrə yardım edirlər. Bu xərclər könüllü donorların ianələri hesabına qarşılanır. Bizdə də belə ənənə formalaşdırılmalıdır. Ailələrin maddi vəziyyəti diqqətə alınaraq, iri müəssisələr, şirkətlər bu xeyirxah işdə iştirak etməyə həvəsli olub şagirdlərə müxtəlif dərs ləvazimatları təqdim edə bilərlər. Yerli orqanlarla yanaşı, qeyri-hökumət təşkilatları da ailələrə dəstək verə bilər.

Test tapşırıq kitabçaları, iş dəftərlərindən narazılığa gəlincə, E.Süleymanov valideynləri haqlı saydı:
- Test kitabçalarının şagirdlərə satılması bəzən subyektiv səbəblərə bağlı olur. Müəlliflər müəllimlə anlaşmaya gedir və hazırladıqları dərs vəsaitlərini məktəbdə satdırırlar. Əlavə test tapşırıqları valideynin razılığı ilə şagirdə verilməlidir. Amma valideynlər də diqqətli olmalıdırlar, bilməlidirlər ki, bu əlavə test kitabçasına ehtiyac var, ya yoxdur. Dövlət tərəfindən hazırlanıb nəşr olunan kitabçalar var, valideyn baxmalıdır ki, əlavə test kitabçasındakı tapşırıqlar orada da varmı, yoxsa fərqlidir. Fərqli deyilsə, təxminən eyni məzmundadırsa, niyə ona pul verməlidir, bu, şagirdin əlavə yüklənməsi olacaq. Məktəblərdə bəzən ehtiyac olmadan şagirdlərə əlavə test tapşırığı kitabçaları, əlavə iş dəftərləri almaq tələb edilir. Hazırda elektron resurslar var. Pulsuz e-kitablar, e-tapşırıqlar varsa və şagirdin də onlardan istifadə etmək imkanı varsa, niyə valideyn əlavə kitablara, dəftərlərə pul xərcləməlidir? Valideynin haqqı çatır buna etiraz etsin.

Son xəbərlər

Azərbaycan Türkmənistana tanker hədiyyə etdi

Cinayət törədən 83 nəfər saxlanıldı

Qızına elçi düşən şəxsi döyərək öldürdü

Aqil Şirinov: Bu il İlahiyyat İnstitutundan 59 tələbə məzun olur

Susuz qalan paytaxt, cavabsız suallar və idarəetmənin görünən nəticələri

Krımda su qıtlığı yaşanır...

Anomal istilərə görə bu ölkədə 845 məktəb bağlanacaq

Qətərdə partlayış oldu

Qırmızı təhlükə səviyyəsi elan edildi - Qarşıdan gələn həftə ölkə istidən qovrulacaq

İordaniya Kralı Azərbaycana səfərə dəvət edidi

İsveçrədə ABŞ və İran arasında keçirilən danışıqlardan tərəflər razı qalıb

Krasnodarda maçete ilə silahlanmış şəxs insanlara hücum edib, ölən və yaralananlar var

"iPhone" və "Samsung": Hansı smartfon daha uzunömürlüdür?

Bakıda Milli Parkın ərazisində meyit tapıldı

"Qarabağ"ın qapıçısı Portuqaliya klubu ilə anlaşdı

Bu ərazilərdə güclü yağış yağacaq - SON DƏQİQƏ XƏBƏRDARLIĞI

Britaniya Ukrayna üçün uzaqmənzilli raketlər hazırlayır

Rafael Fiziyev Bakıda

Aİ Ermənistana ilk yardım tranşını etdi

ABŞ-də Trampın 31 milyon dollarlıq malikanəsi söküləcək

Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb

Azərbaycanda ictimai iaşə dövriyyəsi 6 %-ə yaxın artıb

Şagirdlər niyə məktəbdəki dərsi mənimsəyə bilmirlər?

Çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı

FHN bir evin inşası, birinin isə təmirinə 170 min manat xərc yazıb

Qrossi: Bu ölkələr də nüvə silahı əldə etmək haqda düşünməyə başlayıblar

Güclü zəlzələ bu ölkənin yerini xəritədə dəyişdirib

Burj Khalifa-nın 16 illik taxtı əldən gedir

Köçəryan MSK-nı məhkəməyə verdi

Kimlər qan üçün donor ola bilməz?

Bütün xəbərlər