Turizm Agentliyi Talıbovların keçmiş biznes ortağı ilə 2,2 milyonluq yeni müqavilə imzalayıb

Dövlət Turizm Agentliyi “Maqro Construction” MMC-nin Azərbaycan Respublikasındakı Filialı (VÖEN – 1604374251) ilə satınalma müqaviləsi imzalayıb.

"dogruxeber.tv" Yeniavaz.com-a isttinadən xəbər verir ki, Dövlət Turizm Agentliyi bu müqaviləni tender müsabiqəsi keçirmədən, bir mənbədən satınalma metodu əsasında imzalayıb.

“Maqro Construction” MMC Turizm Agentliyinin sifarişi əsasında “Xınalıq və Köç Yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğunda qəzalı evlərin bərpası (44 ev) üzrə əlavə işləri həyata keçirəcək və qarşılığında 2 milyon 231 min 893 manat 91 qəpik alacaq.

Qeyd edək ki, Turizm Agentliyi qəzalı vəziyyətə düşən 44 evin bərpası üçün ilk dəfə 2022-ci ildə tender keçirib. O zaman tenderin qalibi olan “Maqro Construction” MMC-yə 4 milyon 397 min 618 manat 10 qəpik ayrılıb. Müsabiqənin şərtlərinə görə “Maqro Construction” 44 evin bərpasını bu ilin sonuna kimi yekunlaşdırmalı idi. Lakin, təmir-bərpa işlərini ilin sonuna kimi yekunlaşdırmaq mümkün olmadığı üçün Turizm Agentliyi “Maqro Construction” şirkətinə 2,2 milyon manat əlavə vəsait ödəyəcək və işlərin gələn ilin sonunda yekunlaşması gözlənilir.

Məlumat üçün bildirək ki, “Maqro Construction” MMC 2013-cü ildən Gürcüstanda fəaliyyətə başılayan “Maqro Qrup” şirkətinin tərkibində fəaliyyət göstərir. “Maqro Qrup” şirkətinin tərkibində “Maqro Home” və “Maqro Food” şirkətləri də fəaliyyət göstərir.

“Maqro Qrup”un Gürcüstandakı biznesinə “Green Budapest” və “Green Diamond” yaşayış kompleksləri, “Mercure Tbilisi Old Town” və “Ibis Styles Tbilisi Center” otelləri, “Glorya” mebel istehsalı fabriki və “Bellissa” mebel mağazası, “Madamme Coco” ev aksessuarları mağazası və “Dinehall” restoranları daxildir.

Açıqlanan məlumatlarda şirkətin sahibinin Emin Uçar olduğu bildirilir. Türkiyə vətəndaşı olan Emin Uçar daha əvvəl Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovun ailə üzvlərinə məxsus olan “Gəmiqaya Holdinq”ə rəhbərlik edib.

Vasif Talıbovun istefasından sonra “Gəmiqaya Holdinq”in adı dəyişdirilərək “Arkoz Holdinq” olub. “Arkoz Holdinq”in də Emin Uçara məxsus olduğu bildirilir.

Son xəbərlər

Ən yaxşı məktəblərin adları AÇIQLANDI

Azərbaycanda polkovnik vəfat etdi

İdmançımız qızıl medal qazandı

SEPAH üzvləri 15 yaşlı yeniyetməni güllələdi

İsrail ordusu Livanda ciddi itkilər verdi

Hava ilə bağlı xəbərdarlıq: Temperatur 7 dərəcə enəcək

Moskva və Tehran Ermənistanla bağlı ŞOK qərar verə bilər - NATO təhdidi

Aşura günü bu ünvanlarda qan veriləcək

Dövlət xəstəxanaları KT cihazını özəl klinikalara satır – İDDİA

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Norveç Qrenlandiyada baş konsulluq açacaq

Bu şəxslər 1000 manatdan 25 min manatadək cərimə olunacaqlar

Naxçıvan MR-də Prezidentin səlahiyyətli nümayəndəliyinin statusu dəyişdirilir

Malların gömrük dəyəri manatla bəyan ediləcək

Moped sürənlərin nəzərinə: İmtahan 40 manat, qeydiyyat 15 manat olacaq

Lisey və gimnaziyalara qəbul tarixi uzadıldı

Azərbaycanın Gürcüstandan avtomobil idxalı 38% azalıb

Göz zəifliyi uşaqlara keçə bilərmi? – Oftalmoloq açıqladı

Azərbaycanda yumurta ucuzlaşdı

Türkiyə müdafiə naziri: Hörmüz boğazında missiyaya hazırıq

“AzerGold” QSC-də Qvineya Respublikasının planlaşdırma, beynəlxalq əməkdaşlıq və inkişaf naziri ilə görüş keçirilib

Qeyri-çimərlik ərazilərdə 12 nəfər batdı

Hərbçilərə ŞAD XƏBƏR - Artım olacaq

Paşinyan: "ABŞ TRIPP layihəsi üçün fond yaradır"

Bu təhsil müəssisəsi gələn il məzun verməyəcək

Narkotik satanlar həbs olundular

Türkiyədə bələdiyyə sədrləri saxlanıldı

Azərbaycanlı gənc Qara dənizdə boğuldu - Foto

“iPhone 18 Pro”nun qiyməti açıqlandı

Bütün xəbərlər