Azərbaycan-Ermənistan-Rusiya Üçtərəfli İşçi Qrupu bərpa oluna bilərmi?

"Rusiyanın mövqeyini nəzərə almadan və onu sülh prosesindən kənar saxlamaqla sülh müqaviləsi imzalamaq çətin olacaq".

"dogruxeber.tv" bildirir ki, bunu Qaynarinfo-ya açıqlamasında politoloq Azər Qasımov Rusiya XİN sözçüsü Mariya Zaxarovanın dilindən səslənən və Moskvanın regionun gələcək sosial-iqtisadi inkişafı üçün Ermənistan və Azərbaycan ilə üçtərəfli qrupun işini mümkün qədər tez bərpa etmək barədə çağırışını şərh edərkən deyib.

"Rusiyanın Azərbaycan-Ermənistan, ümumiyyətlə, postsovet ölkələrində baş verən konfliktlərlə bağlı reputasiyası ona inamı azaltdığı üçün münaqişə tərəfləri həmişə Rusiyadan uzaq durmağa çalışırlar. Rusiyanın belə münaqişələrdə həm neytral qalacağı, həm də uğurlu nəticə əldə edəcəyi şübhəli görünür", deyə Azər Qasımov bildirib.

Həmsöhbətimiz qeyd edir ki, Rusiya belə münaqişələrin təşkilatçısı və idarəedicisi rolunda çıxış edib:

"Rusiya məqam gözləyir ki, bundan istifadə edib tərəfləri yenidən öz müstəmləkəsinə çevirsin. Tərəflər isə bu iştiraka Rusiyanın imperialist maraqlarından yanaşdığına əmindirlər".

Ekspertə görə, Azərbaycan və Ermənistan da bu baxımdan Rusiyanın vasitəçiliyini məcburən qəbul edib:

"Amma Rusiyanın son dövrlər konstruktiv mövqe görüntüsü yaratması onun iştirakı ilə üçtərəfli işçi qrupun fəaliyyətinə müəyyən dərəcədə ümidləri artırır. Bu mənada hesab etmək olar ki, üçtərəfli işçi qrupu məsələsinin üstünə qayıtmaq mümkündür".
Ətraflı

Həmsöhbətimiz düşünür ki, Üçtərəfli İşçi Qrupunun prosesə faydası indiki məqamda simvolikdir:

"Məsələ ondadır ki, Ermənistan buna hazır deyil. Azərbaycan isə elan edib ki, onun üçün vasitəçinin kim olmasının fərqi yoxdur".

Azər Qasımov hesab edir ki, buna baxmayaraq, belə görüşlər vacibdir:

"Onsuz da Rusiyanın mövqeyini nəzərə almadan və onu sülh prosesindən kənar saxlamaqla sülh müqaviləsi imzalamaq çətin olar".

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə ölkəsinin regionun gələcək sosial-iqtisadi inkişafı üçün Ermənistan və Azərbaycan ilə üçtərəfli qrupun işini mümkün qədər tez bərpa etməyə çağırdığını bəyan edib.

"Üçtərəfli işçi qrup çərçivəsində tamhüquqlu qarşılıqlı fəaliyyətin tezliklə bərpası Cənubi Qafqazın təkcə nəqliyyat-kommunikasiya sisteminin bərpasına birbaşa töhfə verməyəcək, həm də bütün bölgənin gələcək sosial-iqtisadi inkişafını təmin edəcək", deyə diplomat qeyd edib.

Son xəbərlər

Azərbaycan Türkmənistana tanker hədiyyə etdi

Cinayət törədən 83 nəfər saxlanıldı

Qızına elçi düşən şəxsi döyərək öldürdü

Aqil Şirinov: Bu il İlahiyyat İnstitutundan 59 tələbə məzun olur

Susuz qalan paytaxt, cavabsız suallar və idarəetmənin görünən nəticələri

Krımda su qıtlığı yaşanır...

Anomal istilərə görə bu ölkədə 845 məktəb bağlanacaq

Qətərdə partlayış oldu

Qırmızı təhlükə səviyyəsi elan edildi - Qarşıdan gələn həftə ölkə istidən qovrulacaq

İordaniya Kralı Azərbaycana səfərə dəvət edidi

İsveçrədə ABŞ və İran arasında keçirilən danışıqlardan tərəflər razı qalıb

Krasnodarda maçete ilə silahlanmış şəxs insanlara hücum edib, ölən və yaralananlar var

"iPhone" və "Samsung": Hansı smartfon daha uzunömürlüdür?

Bakıda Milli Parkın ərazisində meyit tapıldı

"Qarabağ"ın qapıçısı Portuqaliya klubu ilə anlaşdı

Bu ərazilərdə güclü yağış yağacaq - SON DƏQİQƏ XƏBƏRDARLIĞI

Britaniya Ukrayna üçün uzaqmənzilli raketlər hazırlayır

Rafael Fiziyev Bakıda

Aİ Ermənistana ilk yardım tranşını etdi

ABŞ-də Trampın 31 milyon dollarlıq malikanəsi söküləcək

Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb

Azərbaycanda ictimai iaşə dövriyyəsi 6 %-ə yaxın artıb

Şagirdlər niyə məktəbdəki dərsi mənimsəyə bilmirlər?

Çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı

FHN bir evin inşası, birinin isə təmirinə 170 min manat xərc yazıb

Qrossi: Bu ölkələr də nüvə silahı əldə etmək haqda düşünməyə başlayıblar

Güclü zəlzələ bu ölkənin yerini xəritədə dəyişdirib

Burj Khalifa-nın 16 illik taxtı əldən gedir

Köçəryan MSK-nı məhkəməyə verdi

Kimlər qan üçün donor ola bilməz?

Bütün xəbərlər