“AzerGold” QSC-nin təşkilatçılığı ilə Daşkəsəndə keçirilən növbəti tibbi müayinə aksiyasına yekun vurulub - FOTO

"dogruxeber.tv" xəbər verir ki, “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) təşkilatçılığı, Bakı Sağlamlıq Mərkəzinin dəstəyi ilə Daşkəsən rayonunda növbəti səyyar tibbi müayinə aksiyası keçirilib.

“Öncə sağlamlıq!” devizi altında təşkil olunan aksiyada “Çovdar” qızıl mədəninin yaxınlığında yerləşən Çovdar kəndi, Şadax yaşayış məntəqəsi, Çaykənd, Quşçu, Bayan və digər kəndlərin sakinləri 3 gün müddətində ödənişsiz olaraq müxtəlif tibbi xidmətlərdən yararlanıblar. Aksiyanın ilk günündə şəhid ailələri, o cümlədən qazi və müharibə iştirakçıları müayinəyə cəlb edilib. Peşəkar həkim briqadası tərəfindən 300 nəfərdən çox sakin ümumi cərrah, otorinolarinqoloq, terapevt, endokrinoloq, kardioloq, nevropatoloq, pediatr, USM, EXO, EKQ, qanın və sidiyin ümumi analizi, qanda virus hepatitlərin təyini, ambulator qan təzyiqi monitorizasiyası və şəkərin təyini müayinələrindən keçirilib. Qeyd olunan istiqamətlər üzrə sakinlərə ümumilikdə 1226 xidmət göstərilib.

Qeyd edək ki, 2021-ci ildən etibarən mütəmadi olaraq keçirilən səyyar tibbi müayinə aksiyası ucqar kənd sakinlərinin keyfiyyətli səhiyyə xidmətlərinə əlçatanlığının artırılması, xəstəliklərin erkən diaqnostikası və profilaktik müayinə mədəniyyətinin təbliği məqsədi daşıyır. 4 ildir ki, həyata keçirilən aksiyalar zamanı ümumilikdə 2000 nəfərdən çox Daşkəsən sakini ödənişsiz olaraq müxtəlif tibbi xidmətlərdən yararlanıb. Müayinələr əsnasında müxtəlif xəstəlikləri aşkarlanan vətəndaşlara müvafiq müalicə kursları təyin edilib.

Xatırladaq ki, Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsinin yaxınlığında yerləşən kəndlərin sakinləri “AzerGold” QSC tərəfindən mütəmadi olaraq ətraf mühitin mühafizəsi, təhsil, sağlamlıq, məşğulluq, sahibkarlığın təşviqi və s. istiqamətlər üzrə icra edilən layihələrdən faydalanırlar. Məqsəd bölgədə yaşayanların, xüsusilə də sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələlərin qayğı ilə əhatələnməsi, bu istiqamətdə icra edilən dövlət siyasətinə əlavə töhfə verməkdir.

Son xəbərlər

40° isti, külək, yağış... -SABAH

Şamaxıda dəhşət: kürəkəni tərəfindən öldürüldü

“AzerGold”un təşkilatçılığı ilə Göygöl rayonunda səyyar tibbi müayinə aksiyası keçirilib

İyul ayının pensiyaları ödənildi

Əliyev bizim regionda gərginliyin azaldılmasına töhfə verib

Azərbaycanda bu şəxslər 1500 manatadək cərimələnəcək

Balıqçılıq məhsullarının yeni satış qaydası

Jurnalist vəsiqəsinə görə ödəniş ləğv edilir

Bacısına görə həmyerlisini öldürdü – 10 il HƏBS CƏZASI

Yarımfinalda nəhənglər meydana çıxır...

"Atom bombası hazırlamağın vaxtı çatıb" - İranlı parlamentari

Müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsi başlanır

“Rosko” kolbasaları hansı ətdən hazırlanır? –ŞOK detallar

İlham Əliyev Slovakiya Prezidenti ilə təkbətək görüşdü

Meksikada güclü zəlzələ

İran Hörmüzdə tankerlərə atəş açıb, ölən var

Azərbaycan neftinin qiyməti 3 dollardan çox artıb

21 yaşlı gənc ürəyindən bıçaqlandı

Bakının bəzi ərazilərində işıq olmayacaq

Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - 14.07.2026

Danışıqlara başlamağın vaxtıdır - Merz

“Turbo.az” və “Bina.az”la bağlı gözlənilməz qərar

Hava xəbərdarlığı: leysan olacaq, dolu düşəcək

Rusiyada Aİ-95 markalı benzinin qiyməti 24% artıb

ADY-nin NFC ödəniş sistemi sərnişinlərə problem yaradır - Narazılıq

Sabah son iclas olacaq, deputatlar tətilə çıxacaq

Dövlət şirkətində kütləvi ixtisar – 90-a yaxın işçi işini itirdi

3 gündür universitet kampusunda qalan tələbələr belə xilas edildi

Hikmət Hacıyev Şuşada "Tiktok" və "Linkedin"in məsul şəxsləri ilə uşaqların onlayn qorunması məsələlərini müzakirə edib

Layihələndirilən aqrar müəssisələr üçün YENİ ÖHDƏLİKLƏR müəyyənləşir

Bütün xəbərlər