EVLƏR YIXAN “Melissa Group”: Siftələri deyil... - ÖZBAŞINALIĞIN QISA XRONOLOGİYASI...

3 gün bundan öncə Bakının Yasamal rayonu, Alatava -1 qəsəbəsində sakinlər evdə ola-ola söküntü işləri aparılıb.

"dogruxeber.tv" "DİA-AZ"a istinadən xəbər verir ki, bu məlumatlar sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, “Melissa Group” tikinti şirkəti tərəfindən aparılan söküntü barədə sakinlərə əvvəlcədən heç bir məlumat verilməyib. Hadisə zamanı xəsarət alanların olduğu da iddia edilib.

Həmin olayın videosunu xatırladırıq:



Görünəni odur ki, “Melissa Group” şirkətinin adından çıxış edən işçilrə rəsmən harınlamış davranışları ilə diqqətə gəlirlər. Evdə körpə uşaqlar ola-ola əslində qanunsuz olan əməllərini davam etdirirlər... Əslində bütün bunlar təsadüfi deyil. "DİA-AZ" xatırladır ki, buna qədər də sözügedən şirkət, yəni “Melissa Group” yerli KİV-də oxşar əməlləri ilə diqqətə gəlmişdi.

Məsələn İki il əvvəl “Melissa Group”un özbaşınalığından bəhs edən "APA TV"-nin süjetindən aydın olurdu ki, Nərimanov rayonunda “Melissa Group” tikinti şirkətinin tərkibində uzun illərdir fəaliyyət göstərən “Zirvə-A” MTK mənzillərin düz qarşısında tikinti işi aparır. Həm də sakinlər həmin ünvanda yaşaya-yaşaya...

Həmin videomaterialı xatırladırıq:



Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 92 A ünvanında yerləşən “ASP” MTK (ticarət nişanı “Melissa Group”) yaşayış kompleksinin sakinləri isə dərdlərini aşağıdakı müraciətləri ilə, düz iki il əvvəl ölkə rəhbərliyinə yazmışdılar...

EVLƏR YIXAN “Melissa Group”: Siftələri deyil... - ÖZBAŞINALIĞIN QISA XRONOLOGİYASI...

EVLƏR YIXAN “Melissa Group”: Siftələri deyil... - ÖZBAŞINALIĞIN QISA XRONOLOGİYASI...


Yəni aydın olanı odur ki, “Melissa Group” özünü ölkədə tam bir ÖZBAŞINALIQ mühitində hiss edirmiş kimi aparır. Təbii ki, bu hal uzun sürə bilməz və nəbayətdə bu məsələyə gərəkən qurumlar gərəkən reaksiyanı verəcəklər...

Ən azından buna ümidliyik...

Son xəbərlər

Xətai rayon İcra Hakimiyyəti dəyirmi masa keçirib

Moskva əlindən gələni etdi, Qərb imkan vermədi - Şoyqu

1 vəkil xaric olundu, 1-nə xəbərdarlıq edildi, 5-i isə cərimələndi

Ağcabədidə nöqsanlar aşkarlanan pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Qubada güclü leysan yolu uçurdu - 6 kəndlə əlaqə kəsildi

Ən zəif internet provayderləri açıqlandı

Lukaşenko Zelenskidən üzr istədi – Belarus başçısından sensasiyalı etiraflar

İşçilərin şirkətdə pay sahibi olması: Yeni qanun layihəsi müzakirəyə çıxarıldı

Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?

Göygöldə minlərlə manatlıq gül və ağac alınır

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə+Video

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

Bütün xəbərlər