gundem / dunya / sou
30.10.2024, 14:30
Eminin konsertləri ləğv olundu
Xalq artisti Emin Ağalarovun bu gün və sabah Rusiyada keçirilməsi planlaşdırılan konsertləri ləğv olunub.
"dogruxeber.tv" Qaynarinfo-ya istinadən xəbər verir ki, bu haqda ifaçının rəsmi "Instagram" hesabında məlumat paylaşılıb.
Qeyd edilib ki, oktyabrın 30-da Tulada və oktyabrın 31-də Voronejdə keçirilməli olan konsertlər baş tutmayacaq. O, bunun səbəbini açıqlamasa da, alınan biletlərin pulunun geri qaytarılacağını bildirib.
Emin video yayımlayaraq iş qrafikinin dolu olduğunu, konsertlərin başqa bir tarixə keçiriləcəyini açıqlayıb.




