Diplomatik xidmət orqanı əməkdaşlarının intizam məsuliyyəti qaydaları müəyyənləşir

Diplomatik xidmət orqanı əməkdaşlarının hansı qaydada intizam məsuliyyətinə cəlb ediləcəyi məlum olub.

"dogruxeber.tv" xəbər verir ki, bu, “Diplomatik xidmət haqqında” yeni qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, diplomatik xidmət orqanı əməkdaşları qanunla müəyyən olunmuş vəzifələri layiqincə yerinə yetirmədikdə və qanunla müəyyən olunmuş məhdudiyyətlərə riayət etmədikdə, habelə “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunla müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya hüquqpozmaları törətdikdə (həmin əməllər inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) onların barəsində aşağıdakı intizam tənbehi tədbirlərindən biri tətbiq edilə bilər:

- töhmət;

- sonuncu xəbərdarlıqla şiddətli töhmət;

- bir pillə aşağı diplomatik vəzifəyə keçirmə;

- diplomatik rütbəni bir pillə aşağı salma;

- diplomatik xidmət orqanlarından xaric etmə;

- diplomatik rütbədən məhrum edilməklə diplomatik xidmət orqanlarından xaric etmə.

Müəyyən olunmuş intizam tənbehi tədbirlərindən hər hansı biri tətbiq olunmadan, diplomatik xidmət orqanı əməkdaşına şifahi və ya yazılı xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi tədbiri sayılmır. Töhmət, şifahi və ya yazılı xəbərdarlıq verildiyi gündən 6 (altı) ay müddətində qüvvədə olur. Bir pillə aşağı diplomatik vəzifəyə keçirmə intizam tənbehi tədbiri tətbiq edildikdə, diplomatik xidmət əməkdaşı 6 (altı) ay müddətində əvvəlki vəzifəsinə bərpa edilə və ya digər yuxarı vəzifəyə keçirilə bilməz. Bu intizam tənbehi tədbiri təqvim ili ərzində yalnız bir dəfə tətbiq oluna bilər, eləcə də ən aşağı diplomatik vəzifə tutan diplomatik xidmət əməkdaşları barəsində tətbiq edilə bilməz. Diplomatik rütbəni bir pillə aşağı salma intizam tənbehi tədbiri tətbiq edildikdə, diplomatik xidmət əməkdaşının aşağı salınmış diplomatik rütbədə xidmət müddəti intizam tənbehi tətbiq edilməsi barədə əmrin verildiyi tarixdən hesablanır. Bu intizam tənbehi tədbiri təqvim ili ərzində yalnız bir dəfə tətbiq oluna bilər, eləcə də ən aşağı diplomatik rütbəyə malik diplomatik xidmət əməkdaşları barəsində tətbiq edilə bilməz.

Diplomatik xidmət orqanlarından xaric etmə intizam tənbehi tədbiri diplomatik xidmət orqanı əməkdaşı tərəfindən qanunda nəzərdə tutulan vəzifələr mütəmadi yerinə yetirilmədikdə və ya bu qanunda nəzərdə tutulan məhdudiyyətlərə əməl edilmədikdə tətbiq edilə bilər.

Diplomatik rütbədən məhrum edilməklə diplomatik xidmət orqanlarından xaric etmə intizam tənbehi tədbiri bu qanunda nəzərdə tutulan məhdudiyyətlərə diplomatik xidmət orqanının əməkdaşı tərəfindən əməl edilməməsi Azərbaycan Respublikasının və ya diplomatik xidmət orqanlarının nüfuzuna xələl gətirdikdə tətbiq edilə bilər.

Vəzifə funksiyalarının nümunəvi icrasına və ya xidməti nailiyyətlərinə görə fərqlənmiş diplomatik xidmət orqanı əməkdaşlarına həvəsləndirmə tədbirləri tətbiq olunan zaman diplomatik xidmət orqanı əməkdaşına verilmiş intizam tənbehi tədbiri vaxtından əvvəl götürülə bilər. İntizam tənbehi tədbirinin tətbiqinə əsas olduqda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəhbərinin göstərişi ilə araşdırma aparılır. Araşdırmanın nəticəsi üzrə zərurət yarandıqda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəhbəri xidməti yoxlama təyin edir. Araşdırma və ya xidməti yoxlama aparılarkən diplomatik xidmət orqanı əməkdaşının yazılı izahatı alınır. Diplomatik xidmət orqanının əməkdaşı yazılı izahat verməkdən imtina etdikdə bu hal rəsmiləşdirilir və intizam tənbehi tədbirinin tətbiqinə mane olmur.

Diplomatik xidmət orqanının əməkdaşı barəsində intizam tənbehi tədbiri bu qanunda nəzərdə tutulan əsaslar aşkar edildiyi gündən 60 (altmış) gün keçənədək tətbiq edilə bilər. Diplomatik xidmət orqanı əməkdaşının məzuniyyətdə və ya ezamiyyətdə olduğu, əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə barəsində araşdırma, xidməti yoxlama və ya cinayət təqibinin həyata keçirildiyi dövr həmin müddətə daxil edilmir.

İntizam məsuliyyətinə səbəb olan əməllərin törədildiyi gündən 6 (altı) ay keçdikdən sonra diplomatik xidmət orqanı əməkdaşına intizam tənbehi tədbiri tətbiq edilə bilməz. Əmək qabiliyyətinin müvəqqəti itirildiyi və cinayət təqibinin həyata keçirildiyi dövr bu müddətə daxil edilmir. Diplomatik xidmət orqanının əməkdaşı barəsində intizam tənbehi tədbiri tətbiq edilərkən onun xidməti və şəxsi keyfiyyətləri, törədilən əməlin xarakteri, törədilmə şəraiti, təkrarlığı və digər hallar nəzərə alınır. Diplomatik xidmət orqanı əməkdaşları barəsində intizam tənbehi tədbirlərinin tətbiqi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəhbəri tərəfindən həyata keçirilir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəhbəri intizam tənbehi tədbirlərini vəzifəyə təyin etdiyi və ya rütbə verdiyi diplomatik xidmət orqanı əməkdaşları barəsində tətbiq edir.

Diplomatik xidmət orqanının əməkdaşı barəsində tətbiq olunan intizam tənbehi tədbiri ilə razılaşmadıqda inzibati qaydada və ya məhkəməyə şikayət verə bilər.

Qüvvədə olan intizam tənbehi tədbiri qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında və ya diplomatik xidmət orqanlarından xaric etmə və diplomatik rütbədən məhrum edilməklə diplomatik xidmət orqanlarından xaric etmə intizam tənbehi tədbirləri istisna olmaqla, həvəsləndirmə qaydasında ləğv edilə bilər.

Qeyd edək ki, qüvvədə olan “Diplomatik xidmət haqqında” qanuna əsasən, diplomatik xidmət əməkdaşları və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları ilə müəyyən edilmiş hallarda və qaydada məsuliyyətə cəlb oluna bilərlər.

Son xəbərlər

Benzin böhranı yaxınlaşır – bəzi bölgələrdə satış məhdudlaşdırıldı

Koxalski və Zubir UEFA Çempionlar Liqasının ən yaxşıları arasında

Hikmət Hacıyev İran səfiri ilə görüşdü - Foto

Ukraynalı uşaqların növbəti qrupu reabilitasiya üçün Azərbaycana yola salınıb

Çörək yenidən bahalaşa bilər? - VACİB AÇIQLAMA

Polşada hökumət məktəblərdə telefon istifadəsini məhdudlaşdıran qanun layihəsini təsdiqləyib

Diplomatik xidmət əməkdaşlarına müavinət ödəniləcək

Deputatlar yekdilliklə dəstəklədilər: Parlament buraxılır

Merts: Ukraynada müharibəni dayandırmağın iki yolu var

Karapetyana qarşı iş açıldı

Almaniyada yoxsulluq zirvəyə çatdı

“Ayaks” ispaniyalı baş məşqçi ilə anlaşdı

Azərbaycan Mərkəzi Bankının rəhbərliyinin əmək haqqı xərcləri 45 % artıb

Özbəkistan və Finlandiya rəqəmsal nəqliyyat və ağıllı mobillik sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər

Bakıdan Türkiyəyə qatarla gediş-gəliş başladı

Bazarda şok qiymət artımı: Mühərrik yağları 30 faiz bahalaşdı

"Ermənistanı Ukraynanın taleyi gözləyir" - Volodindən XƏBƏRDARLIQ

“AzerGold” QSC Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Göygöl və Daşkəsəndə səyyar tamaşalar təşkil edib

“Nar” “JestPlus” tətbiqi üzrə maarifləndirici görüş keçirdi

Sabah hava necə olacaq?

Ermənistan-Türkiyə yaxınlaşması regionda güc balansını belə dəyişəcək: Rusiya və İran...

Azərbaycanla dəmir yolunun açılması ilə bağlı Gürcüstandan açıqlama

Xətai rayonunda 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar konsert proqramı təşkil olunub+VİDEO

Tramp İsrail və Hizbullahın Livana hücumunu dayandırmaq barədə razılığa gəldiyini bildirib

Müqavimət göstərən sürücü saxlanıldı

Abşeronda Uşaqların Beynəlxalq Müdafiəsi Günü şəhid övladları ilə birgə qeyd edilib

“Nar” gənclərin təhsilinə dəstək olmağa davam edir

Netanyahu ilə danışdıqdan sonra Tramp İsrail qoşunlarının Beyruta getməyəcəyini bildirib

Küveyt İrana xəbərdarlıq etdi

Saakaşvilidən müharibə xəbərdarlığı: Bakı buna icazə verməyəcək

Bütün xəbərlər