gundem / hadise / dunya
19.12.2024
Rusiyada An-2 təyyarəsi radarlardan itdi
An-2 yüngül təyyarəsi dekabrın 19-da səhər saatlarında Kamçatkada radardan itib.
"dogruxeber.tv" xəbər verir ki, Kamçatka ərazisinin fövqəladə hallar naziri Sergey Lebedevin sözlərinə görə, itkin düşən An-2 təyyarəsinin axtarışına 3 təyyarə cəlb edilib.
Onun sözlərinə görə, ondan çox xilasedici də təyyarənin axtarışındadır və beş qar avtomobili cəlb olunub. Klyuçi, Ust-Kamçatsk və Ossorda xilasedicilər qrupu hazırlıq vəziyyətinə gətirilib.



