dunya
11.11.2018
Fransa təyyarəsi Rusiyada təcili eniş etdi

"Air France" aviaşirkətinin "Boeing-777" təyyarəsi Rusiyanın İrkutsk şəhərində qəza enişi edib.
Təcili enişə səbəb təyyarənin içində baş verən tüstülənmə olub. Xəsarət alan olmayıb.
Təyyarə Paris-Şanxay reysini yerinə yetirirdi. Təyyarənin göyərtəsində ekipaj üzvləri daxil olmaqla 280 nəfər olub. Bütün sərnişinlər aeroportun mehmanxanası və şəhər hotellərində yerləşdirilib.Unikal.org


